Təqvim
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın üçüncü iclası keçirilib
01 may 2020 - 17:52

Azərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 05 dekabr 2019-cu il tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın üçüncü iclası keçirilib. Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə onlayn formatda keçirilən iclasda pilot layihələrin icrası ilə bağlı məsələlər müzakirə edilib.

Nazir Pərviz Şahbazov  bildirib ki, bərpa olunan enerji mənbələrindən istifadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən energetika sahəsinin inkişafının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib və cari ilin 9 yanvar tarixində Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə imzalanmış müqavilələrə uyğun olaraq 240 MVt  gücündə külək və 200 MVt  gücündə günəş  elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin icrası ölkə başçısının diqqət mərkəzindədir.  Qlobal səviyyədə müşahidə olunan mürəkkəb şəraitə baxmayaraq, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətlərinin rəhbərləri imzalanmış sənədlərə sadiqliklərini bu yaxınlarda bir daha ifadə ediblər ki, bu da ölkəmizə, Prezident İlham Əliyevə olan inamın və etimadın daha bir göstəricisidir.

Sonra Komissiyanın qarşısında duran vəzifələrin icrası məqsədi ilə yaradılmış  işçi qrupları üzrə görülən işlər barədə  hesabat dinlənilib.

Layihələrin icrası üçün müvafiq torpaq sahələrinin ayrılması ilə bağlı işlərin böyük hissəsinin artıq görüldüyü bildirilib, qalan işlərin tez bir zamanda başa çatdırılması zəruriliyi vurğulanıb.

Şəbəkənin gücləndirilməsi və şəbəkəyə inteqrasiya üzrə şirkətlərlə müzakirələrin aparıldığı, texniki şərtlərin və sxemlərin təqdim edildiyi bildirilib. Bir sıra  məsələlərlə bağlı müzakirələrin davam etdirilməsi zəruri sayılıb.

Hüquqi və institusional məsələlər üzrə görülmüş işlərlə bağlı məlumatlar da diqqətə çatdırılıb. Bildirilib ki, məsləhətçi şirkətlə birlikdə  “ACWA Power” və “Masdar” şirkətləri ilə imzalanacaq müqavilələrin layihələri hazırlanıb və  bu sənədlərlə əlaqədar hazırda qurumlarla müzakirələr aparılır. İclasda bu işlərin tezliklə başa çatdırılaraq, müqavilə layihələrinin investorlara təqdim olunması və onlarla bu müqavilələr ətrafında  müzakirələrə başlanması qərara alınıb.

Həmçinin investorlara veriləcək zəmanətlərlə bağlı beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyinə toxunulub və bu məsələdə  məsləhətçi şirkətin xidmətlərindən istifadə təklif edilib.

Qarşıda duran vəzifələr və görüləcək digər işlər ətrafında da  geniş fikir mübadiləsi aparılıb, işçi qruplarının məsləhətçi şirkətlə və layihəni icra edəcək şirkətlərlə görüşlərinin intensivləşdirilməsi qərara alınıb.

Qeyd edək ki, Sərəncamın icrası məqsədilə Energetika, İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirlikləri, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti, Vergi Xidməti, Mərkəzi Bank “Azərenerji” ASC, “Azərişıq” ASC, və s. qurumların təmsilçilərindən ibarət 7 işçi qrupu fəaliyyət göstərir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə