Təqvim
Poçt şöbələrində də birdəfəlik ödənişlərin verilməsi gündəlik davam edir
01 may 2020 - 15:19

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər üçün birdəfəlik ödəmənin (190 manat) verilməsi prosesi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin poçt şöbələrində də gündəlik davam edir.

Birdəfəlik ödəmə vəsaiti köçürülərkən vətəndaşlara bu barədə SMS göndərilir. Onlar mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini əldə edirlər.

Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunması məqsədilə Bakıda və regionlarda yerləşən poçt şöbələri bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək vətəndaşlara xidmət göstərir.

Paytaxtla yanaşı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı “Şəbəkə” xidmət mərkəzləri də eyni iş rejimində çalışır.

Kənd poçt şöbələri isə əvvəlki iş rejiminə uyğun olaraq saat 09:00-dan 17:00-dək işləyir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə