Təqvim
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!
28 aprel 2020 - 20:34

27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

27 aprel tarixində vətəndaşlar tərəfindən ümumilikdə 12458 onlayn növbə götürülüb. Bunlardan 8827-si (71%) mərkəzlərə gələrək xidmətlərdən istifadə edib, 3631-i (29%) növbə alıb, lakin xidmət üçün mərkəzə gəlməyib. Onlayn növbə almaqla xidmətlərdən istifadə edən vətəndaşların 3883 nəfəri (43%) təyin olunmuş vaxtdan təxminən 2 saat öncə mərkəzə gəlmiş, 497 vətəndaş isə təyin olunmuş vaxtdan gec gəlmişdir.
Aparılmış təhlillər nəticəsində aşkar edilmiş hallar onu deməyə əsas verir ki, vətəndaşların təyin edilmiş vaxtlarda gəlməməsi mərkəzlərdə insanlar arasında təmasın minimallaşdırılması ilə bağlı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, eləcədə digər vətəndaşların xidmətlərdən rahat istifadə etməsi və növbə götürməsi üçün çətinliklər yaradır. 
   
Qeyd olunanları nəzərə alaraq vətəndaşların “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qəbulu ilə bağlı  qaydalar diqqətə çatdırılır:

- Vətəndaşlar təyin edilmiş növbə vaxtının bitməsindən ən tezi 30 dəqiqə ərzində mərkəzdə ola bilərlər. Daha tez gələn vətəndaşlar mərkəzlərə buraxılmayacaqlar. Eyni zamanda növbə vaxtının bitməsindən ən çox 10 dəqiqə gec gələn vətəndaşların onlayn növbələri ləğv ediləcəkdir;

- Maskadan istifadə etməyən vətəndaşlar mərkəzlərə buraxılmayacaqlar;


Xahiş olunur ki, “ASAN xidmət” mobil tətbiqində növbə götürmüş, lakin hər hansı səbəbdən mərkəzə gələ bilməyən vətəndaşlar növbədən imtina etsinlər.

Vətəndaşlarımıza tövsiyə olunur ki, yalnız zərurət halında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət üzrə onlayn növbə götürsünlər. Eyni zamanda hər kəsi mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə,  digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə