Təqvim
Energetika Nazirliyi I rüb, həmçinin AÇG və Şahdəniz üzrə hasilat və ixrac göstəricilərini açıqlayıb
15 aprel 2020 - 14:30

2020-ci ilin I rübündə Respublika üzrə hasil edilmiş 9,3 mln. ton neftin (kondensatla birlikdə) 6,4 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 952 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft hasilatı isə 1,9 mln. ton təşkil edib.

I rübdə ixraca nəql olunan neftin kondensatla birlikdə  həcmi 7,6 milyon ton təşkil edib. Neftin 7,3 mln. tonu konsorsium, 324 min tonu isə SOCAR üzrə ixraca nəql olunub. 2020-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrünə nisbətən 10% artımla 10 mlrd.m3 təşkil edən qaz hasilatının 3,5 mlrd.m3-i AÇG-dən, 4,7 mlrd.m3-i isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 1,8 mlrd.m3  qaz hasil olunub. 
Bu dövrdə xaricə qaz satışı 3,57 mlrd.m3  təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% çoxdur.  I rübdə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 23% çox, yəni 2,6 mlrd.m3 qaz ixrac edilib.  Gürcüstana  ixrac edilən qazın həcmi isə 923 mln. m3 olub.  Qeyd edək ki,  TANAP ilə  Türkiyəyə rüb ərzində 941 mln. m3 qaz olunub. İstismara veriləndən indiyə kimi  TANAP-la Türkiyəyə 5 mlrd. m3-ə yaxın qaz nəql edilib.

Azərbaycanın neft-qaz sənayesinin inkişafında mühüm rola malik “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə də indiyə kimi neft-qaz hasilatı və ixracı ilə bağlı göstəricilər dəqiqləşib. Belə ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən  aprelin 1-ə kimi 534 mln. ton neft (kondensatla birlikdə), 290 mlrd. m3 qaz hasil edilib. AÇG-dən aprelin 1-ə  kimi 505 mln. ton neft, 168,4 mlrd. m3 qaz hasil olunub. “Şahdəniz” istismara veriləndən 1 aprel tarixinədək 121,5 mlrd. m3 qaz, 29 mln. ton kondensat hasil edilib.  Bu yataqlardan indiyə kimi 527 mln. ton neft (kondensatla birlikdə),  80,3 mlrd. m3 qaz isə ixrac edilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə