Təqvim
Dövlət satınalmalarının vahid elektron portalı “ASAN ödəniş” sistemində
15 aprel 2020 - 14:24

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən texniki olaraq ərsəyə gətirilən Dövlət satınalmalarının vahid elektron portalı və ya “e-Satınalma” dövlət təşkilatları tərəfindən həyata keçirilən satınalmalarda şəffaflığın artırılması istiqamətində həyata keçirilən önəmli layihələrdəndir. Son dövrdə mövcud durumla əlaqədar ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejimi nəzərə alınaraq, satınalma prosesində fiziki təmasın minimuma endirilməsi və dövlət satınalmalarının vahid internet portalının fəaliyyətinin operativliyinin təmin edilməsi istiqamətində işlər prioritet hesab olunub. Belə ki, “e-Satınalma” portalının “ASAN ödəniş” sisteminə inteqrasiyası üzrə işlər sürətləndirilib və proses planlaşdırılmış tarixdən öncə uğurla yekunlaşdırılıb.

15 aprel 2020-ci il  tarixindən etibarən satınalan təşkilatlar şəxsi kabinetlərində olan “Tənzimləmələr” bölməsi vasitəsilə “ASAN ödəniş” sistemində istifadə edəcəkləri rekvizitləri qeydiyyatdan keçirə və tender elanı verərkən iştirak haqqı ödənişlərinin qəbulu üçün həmin rekvizitlərdən istifadə edə bilər. Eyni zamanda podratçılar elektron tenderlərdə iştirak barədə şərtləri qəbul etdikdən sonra mövcud olan “”ASAN ödəniş” sistemi ilə ödə” düyməsinə klik edərək iştirak haqqı ödənişini ödəniş kartı vasitəsilə nağdsız şəkildə həyata keçirə bilər.

Ödəniş prosesinə dair həssaslıq nəzərə alınaraq, tətbiq edilmiş yenilik ilə bağlı  bütün portal istifadəçiləri elektron poçt və digər vasitələrlə 1 aprel 2020-ci il tarixindən etibarən məlumatlandırılıblar. Portaldan istifadə rahatlığının təmin edilməsi məqsədilə bu barədə istifadə təlimatı da portala yerləşdirilib.

“E-Satınalma” portalının “ASAN ödəniş” sisteminə interqasiyasının bir sıra üstünlükləri vardır. Belə ki, bundan sonra podratçı iştirak etmək istədiyi tenderdə iştirak haqqı ödənişini heç bir yerə getmədən ödəniş kartı vasitəsilə olduğu yerdən ödəyərək tenderdə iştirak edə biləcək. Halbuki əvvəllər zaman və digər resurlarını sərf edərək banka gedir, bankda ödəniş etdikdən sonra çeki götürərək ofisə gəlir, həmin çekin elektron formasını hazırlayaraq sistemə yükləyirdi. Bu zaman səhv sənədlərin yüklənməsi halları da istisna deyildi.

Daha bir üstünlük isə podratçı tərəfindən ödənişlərin real vaxt rejimində həyata keçirildiyi üçün ödənişdən dərhal sonra “Şərtlər Toplusu”nu əldə etməyin mümkünlüyüdür. Beləcə tətbiq edilmiş yenilik portalın istifadə rahatlığı və operativlik səviyyəsini yüksəltmiş olur.

Bu günə qədər portal üzərindən 2792 e-Tender (50 min – 3 milyon ABŞ dolları eqvivalenti arası), 6370 Kotirovka sorğusu, 386 Təkliflər sorğusu, 5362 bildiriş, 1594 açıq tender elan edilmiş və 7384 müqavilə bağlanıb. Hazırda portalda 1338 təşkilat tərəfindən daxil edilən 5123 istifadəçi və 3306 podratçı tərəfindən daxil edilən 3649 istifadəçi mövcuddur. Təkcə cari ildə sistemdə qurumlar tərəfindən 1012 satınalma planı yerləşdirilib.

Ölkədə xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən icaze.e-gov.az elektron icazə sistemi və 8103 SMS icazə sistemi Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb.  Tətbiq edilən hər iki sistem üzrə Mərkəz tərəfindən hər gün təkmilləşdirmə işləri davam etdirilir. Mərkəz bütün vətəndaşları evdə qalmağa, özünün və doğmalarının sağlamlığını düşünməyə, rəqəmsal xidmətlərdən daha çox yararlanmağa çağırır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə