Təqvim
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzinə 22320 zəng daxil olub
08 aprel 2020 - 16:59

Koronavirus infeksiyasının yayılması nəticəsində ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq,  Dövlət Miqrasiya Xidmətinin 24 saat fasiləsiz fəaliyyət göstərən 919 Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib. Göstərilən xidmətin daha da təkmilləşdirilməsi, xətdə gözləmə vaxtının minimuma endirilməsi məqsədilə funksional imkanları artırılıb.

Cari ilin mart ayı ərzində 919 Çağrı Mərkəzinə 22320 zəng daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə  müqayisə də 2,5 dəfə çoxdur. Zənglərdən  19851-ı Azərbaycan, 2106-sı rus, 363-ü isə ingilis dilində cavablandırılıb.

Zənglərin 4004-i olduğu yer üzrə qeydiyyat (ötən ilin mart ayında 734 zəng), 6021-i müvəqqəti olma müddətinin uzadılması (ötən ilin mart ayında 72 zəng), 6111-u müvəqqəti yaşama icazəsi (ötən ilin mart ayında 2568 zəng), 788-i daimi yaşama icazəsi (ötən ilin mart ayında 435 zəng), 221-ü iş icazələri (ötən ilin mart ayında 357 zəng), 505-i vətəndaşlıq məsələləri (ötən ilin mart ayında 907 zəng), 4670-sı digər məsələlər  (ötən ilin mart ayında 2060 zəng) ilə bağlı olub.

Ötən ilin eyni  dövrü ilə müqayisədə zənglərin sayında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı 84 dəfə artım, vətəndaşlıq məsələləri ilə bağlı isə 2 dəfə azalma olmuşdur. Mövcud vəziyyətdə zənglərdə artım əsasən əcnəbilərə elektron xidmətlərin göstərilməsi, xüsusən  30 aprel tarixinədək ölkədə olma müddəti bitən əcnəbilərin müddətlərinin Dövlət Miqrasiya Xidməti tərəfindən uzadılması proseduru ilə əlaqədar olmuşdur.

Qeyd edək ki, Çağrı Mərkəzi tərəfindən müraciətlər  dərhal və ya araşdırıldıqdan sonra cavablandırır, məlumatlandırma və məsləhət xidməti göstərilir, şikayətlərin (məlumatların, təkliflərin) qəbulu və yönəldilməsi də həyata keçirir.

Hazırda, Çağrı Mərkəzinin iş yükü nəzərə alınmaqla müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün  işçi qüvvəsi, proqram təminatı və texniki imkanlarının artırılması, ümumilikdə fəaliyyətinin günün  tələblərinə uyğun qurulması istiqamətində işlər davam etdirilir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə