Təqvim
SOCAR İstiqrazlarından növbəti rekord
14 mart 2020 - 12:56

3 ildən artıqdır ki tədavüldə olan SOCAR İstiqrazlarının təkrar bazardakı satış qiyməti $1050-a yüksəlib və həmin qiymət üzərindən satış əməliyyatı da artıq baş tutub. Xatırladaq ki, bu göstərici istiqrazların buraxıldığı tarixdən bəri ən yüksək rəqəmdir. Daha öncəki rekord göstərici $1046 təşkil edib.
“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, istiqrazların belə bahalaşmasına başlıca səbəb yüksək tələbat və likvidlikdir. Eyni zamanda, rüblük faiz ödənişlərinin qrafikə uyğun aparılmasıda investorların maraqlarına cavab verən bir digər mühüm faktordur.
2021-ci ilədək tədavül müddəti davam edəcək olan SOCAR İstiqrazları indiyədək sahiblərinə 16 milyon 250 min dollar gəlir qazandırıb.
SOCAR İstiqrazları ilə təkrar bazarda aparılan əməliyyatlarınhəcmi hazırda 187 milyon dollar təşkil edir və 2100 ədəd əqd bağlanmışdır.
Ümumi emissiya məbləği $100 milyon olan, illk 5% gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının 1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkündür.
Bakı Fond Birjasında ən çox ticarət edilən korporativ maliyyə aləti olan SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi 17 aprel 2020 tarixində baş tutacaq.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə