Təqvim
"Manatın məzənnəsinin və sabitliyin qorunması üçün bütün imkanlar var" - Mahir Abbaszadə
12 mart 2020 - 16:46

"Son günlər beynəlxalq aləmdə cərəyan edən proseslər ölkə ictimaiyyətinin diqqət mərkəzində olduğu üçün müvafiq təhlillərin aparılmasını labüd edir".
Bunu Modern.az-a açıqlamasında millət vəkili Mahir Abbaszadə deyib.
"Belə ki, gündəmi zəbt edən əsas məsələlərdən biri OPEK+ ölkələri arasında neft istehsalının həcminin azaldılması ilə bağlı fikir ayrılığının olmasıdır ki, bu da dünya bazarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsinə gətirib çıxarıb.
Nazirlər Kabinetində keçirilmiş müşavirədə qlobal enerji bazarındakı cari vəziyyət təhlil edilib, onun ölkə iqtisadiyyatına olan təsirləri nəzərdən keçirilib. Müzakirələr zamanı məlum olub ki, Azərbaycan hökuməti dünya iqtisadiyyatında gedən prosesləri daim diqqət mərkəzində saxlayaraq baş verə biləcək neqativ iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması üçün preventiv tədbirlər planına malikdir. Belə ki, neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirinin proqnoz ssenariləri hazırlanıb və zərurət yarandığı halda bu ssenarilərə adekvat olaraq, sabitləşdirici tədbirlər paketinin həyata keçirilməsi nəzərdə tutulub", - deyə o, qeyd edib.
Deputatın sözlərinə görə, Azərbaycanda neft qiymətlərinin dövlət büdcəsinə təsirinin minimuml səviyyəyə salınması ilə əlaqədar Prezident İlham Əliyevin təşəbbüsü ilə büdcə qaydalarına müvafiq düzəlişlər edilib: "Nəticədə, dövlət büdcəsi gəlirlərinin 56,6%-i qeyri-neft sektorunun hesabına təmin olunub və cari ilin ilk 2 ayında qeyri-neft sektoru 6,7% artıb. Bu artım tempi onu göstərir ki, dövlət büdcəsinin cari ildə də qeyri-neft sektorundan əldə edəcəyi gəlirlərin azalması ilə bağlı heç bir problemi yoxdur. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında Vergilər Nazirliyi tərəfindən nəzərdə tutulan proqnozdan 180 milyon manat çox, Dövlət Gömrük Komitəsinin xəttiylə isə 70 milyon manatdan çox, yəni ümumilikdə, 250 milyon manatdan çox vəsait dövlət büdcəsinə daxil olub.
Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) isə 2020-ci ildə büdcəyə 11,35 milyard manat pul köçürülməsi planlaşdırılır ki, bununla da bağlı heç bir problem yoxdur. Ona görə ki, bu vəsait Fondun ehtiyatlarının cəmi 15%-ni təşkil edir. Bu isə qurumun gəlirləri olmasa belə 7 il ərzində ona bu qədər vəsaiti büdcəyə transfert etməyə imkan verir. Bu bir daha sübüt edir ki, neft qiymətlərinin hansı həddə olmasından asılı olmayaraq büdcəyə transfertlər ola bilər".
O, həmçinin qeyd edib ki, dünyada baş verən mənfi iqtisadi meyillər fonunda ölkə iqtisadiyyatı dayanıqlıq nümayış etdirməklə yanaşı, həm də inkişaf edir və nəticədə onun mailyyə imkanları genişlənir: "Belə ki, bu gün ölkə iqtisadiyyatı 2014-cü ildən başlayan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır və əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikası davam edir. Buna əyani sübut kimi, yanvar-fevral aylarında qeyri-neft ÜDM-in 6,7%, ÜDM-in isə 2,8% artmasını misal göstərmək olar.
"Heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur".
2020-ci ilin yanvarında dövlət büdcəsinin gəlirləri 1,8 milyard manat, xərcləri isə 1,4 milyard manat təşkil etdiyi üçün 400 milyon manat profisit yaranıb. Yanvar-fevral aylarında da Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb, bu isə öz növbəsində neftin qiymətinin proqnozdan aşağı olacağı bir neçə ay ərzində itkiləri kompensasiya edə bilər. Strateji valyuta ehtiyatlarımızın 52 milyard ABŞ dolları olması ÜDM-in həcmini 8% çox üstələyir və fiskal dayanıqlılığı təmin edir".
"Valyuta bazarında manatın məzənnəsinin və sabitliyin qorunması üçün bütün imkanlar var. Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər planı inflyasiyanın hədəf götürülmüş səviyyədə saxlanılması, dövlət büdcəsinin maliyyə dayanıqlığı, xərclərin optimallaşdırılması, səmərəli istifadəsi üzərində ciddi nəzarəti təmin edəcək.
2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, yəni heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur", - deyə M.Abbaszadə əlavə edib. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə