Təqvim
Qubada Gənclər Fondunun dəstəyi ilə qızlar arasında futzal yarışı keçirilib
11 mart 2020 - 16:40

 Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin idman zalında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Quba rayon Təhsil Şöbəsi, Quba rayon Gənclər və İdman İdarəsi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkiltçılığı ilə gənc qızlar arasında futzal turniri keçirilib.
Azərbaycan Gənclər Fondunun qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan “Gənclik spartakiadası” adlı layihə çərçivəsində keçirilən yarışın açılış mərasimində çıxış edən layihə rəhbəri Aytac Əhmədova bildirib ki, layihənin əsas məqsədi regionda yaşayan gənc qızların idmama marağının artırılması, onlar arasında sağlam həyat tərzinin təbliğinə dəstək verməkdir.
Rəsmi hissə başa çatdıqdan sonra Quba şəhərindəyaşayan və təhsil alan, eləcə də Dağlı və Qaraçay kəndlərində yaşayan gənclərdən ibarət 4 komandanın iştirakı ilə turnirə start verilib.
Yekunda Dağlı kəndini təmsil edən qızlardan ibarət komanda turnirin qalibi adını qazanıb. Quba şəhər 5 saylı tam orta məktəbində təhsil alan qızların birləşdiyi komanda ikinci, Qaraçay kənd təmsilçiləri isə üçüncü mükafata sahib olub.
Mükafatlandırma mərasimində qaliblər layihə çərçivəsində hazırlanmış kubok, medal, diplom və bukletlərlə təltif olunublar.
Qeyd edək ki, layihə çərçivəsində Qubada yaşayan və təhsil alan gənc qızların iştirakı ilə voleybol və stolüstü tennis yarışları da keçiriləcəkdir.

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə