Təqvim
Qubada qızlar tennis yarışında qüvvəsini sınayıb
11 mart 2020 - 16:38

Quba rayonu Məckə-Xacə kənd tam orta məktəbinin idman zalında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Quba rayon Təhsil Şöbəsi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkiltçılığı ilə gənc qızlar arasında stolüstü tennis turniri keçirilib.
Azərbaycan Gənclər Fondunun qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan “Gənclik spartakiadası” adlı layihə çərçivəsində keçirilən yarışın açılış mərasimində çıxış edən layihə rəhbəri Aytac Əhmədova bildirib ki, layihənin əsas məqsədi regionda yaşayan gənc qızların idmama marağının artırılması, onlar arasında sağlam həyat tərzinin təbliğinə dəstək verməkdir.
Rəsmi hissə başa çatdıqdan sonra Rustov, Məckə-Xacə, Püstəqasım, Qam-qam, Səbətlər kəndlərində yaşayan gənclərdən ibarət 5 komanda tərkibində 20 nəfər gənc qızın iştirakı ilə turnirə start verilib.
Yekunda Püstəqasım kəndini təmsil edən qızlardan ibarət komanda turnirin qalibi adını qazanıb. Məckə-Xacə məktəbində təhsil alan qızların birləşdiyi komanda ikinci, Səbətlər kənd təmsilçiləri isə üçüncü mükafata sahib olub.
Şəxsi birincilikdə isə Püstəqasım kəndinin tennisçisi Günay Nəzirova bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. Səbətlər kəndinin təmsilçisi Fatimə Fətullayeva gümüş, daha bir Püstəqasım tennisçisi Arzu Paşayeva isə bürünc medal qazanıb.
Mükafatlandırma mərasimində qaliblər layihə çərçivəsində hazırlanmış medal, diplom və bukletlərlə təltif olunublar.
Qeyd edək ki, layihə çərçivəsində Qubada yaşayan və təhsil alan gənc qızların iştirakı ilə voleybol yarışları da keçiriləcəkdir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BI+
Azərbaycanlı müəllim bədən quruluşu ilə hamını özünə heyran edir 21:47, 05 aprel 2020
Milli həmrəylik və təhlükəsizlik amili: Koronavirusla mübarizənin ən effektiv yolu21:37, 05 aprel 2020
Evini kirayə verənlər niyə vergidən yayınırlar? - Araşdırma21:22, 05 aprel 2020
SMS müraciət sisteminə dair tələb və tövsiyələr 21:14, 05 aprel 2020
Erməni general: Xocalıları belə öldürdüm - VİDEO19:43, 05 aprel 2020
Heydər Əliyev Mərkəzinin binasında həmrəylik mesajı - VİDEO19:30, 05 aprel 2020
Bir qaşıq için, öskürəyiniz bir anda kəsəcək 19:25, 05 aprel 2020
Koronavirus “infomediyası”: şayiələr kimə sərf edir və onlardan necə qorunmalı? 18:26, 05 aprel 2020
Azərbaycanın foto və video səlnaməsini yaradan sənətkar 12:44, 05 aprel 2020
Gülağa Tənha "Vətənə gələndə" oxuyur xalq artisti Mələkxanım Eyyubova12:28, 05 aprel 2020
Məşhur PROFESSOR TƏHLÜKƏLİ VİRUSLAR haqqında bilmədiklərimizi AÇDI: “İmmunitet maksimum 3-4 ilədək...”12:21, 05 aprel 2020
Orqanizmi təmizləyən və arıqladan UCUZ VASİTƏ12:13, 05 aprel 2020
Orqanizmin təmizlənməsi 20:49, 04 aprel 2020
İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub 20:26, 04 aprel 2020
Bolnisidə 19 yaşlı hamilə qadında koronavirus aşkarlanıb 19:04, 04 aprel 2020
Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər xidmət yerlərinə yola salınıb - VİDEO18:23, 04 aprel 2020
Keçmiş məhkumun evindən beş kiloqramdan çox heroin aşkarlanaraq götürülüb 18:21, 04 aprel 2020
Gülağa Tənha SƏN DƏ GETDİN, MƏN DƏ GETDİM…14:44, 04 aprel 2020
Çörəyi dondurub yemək daha faydalıdır 13:47, 04 aprel 2020
Sarımsağın bilmədiyiniz 5 zərəri 13:41, 04 aprel 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə