Təqvim
Neft sürətlə ucuzlaşır - Ekspert: “Büdcə böhranı qaçılmazdır”
02 mart 2020 - 13:03

Neftin sürətlə ucuzlaşması resurs ölkələrində makroiqtisadi sabitliyin pozulması ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Modern.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev bildirib ki, proseslərə daha çox monetar sistem təsir edir:
Rusiyanın maliyyə naziri Siluanovun “Ölkəmizin fiskal sistemi 30 dollarlıq qiymətə 4 il dözmək gücündədir, amma əlbəttə ehtiyatlarla büdcə öhdəliklərinin dəstəklənməsi hesabına” açıqlamasına münasibət bildirən R.Ağayev deyib ki, bu qiymət yalnız büdcə sisteminin dayanıqlılığı baxımından şərh edilir:
“Resurs ölkələrinin iqtisadi şərtlərində makroiqtisadi sabitliyə büdcə sisteminin dayanıqlılığından çox monetar sistem daha çox təsir edir ki, bu ilk növbədə məzənnə sabitliyindən təsirlənir. Məsələn, son günlərin tendensiyası göstərir ki, neftin 50 dollardan aşağı yuvarlanması rublun volatilliyini kəskin artırır. Yəni Siluanovun dediyi 30 dollarlıq həddə ölkə "məzənnə fəlakəti" yaşaya bilər.
Nəzərə alaq ki, fiskal sistem makroiqtisadiyyatda avtonom deyil. Kəskin məzənnə dəyişikliyinin doğurduğu ciddi proseslər, xüsusilə yüksək inflyasiya, iqtisadi fəallığın kəskin azalması büdcə böhranını da qaçılmaz edir.
Bu baxımdan resurs ölkələrində fiskal dayanıqlılıq və məzənnə sabitliyi üçün neftin minimum əlverişli qiyməti fərqli olsa da, həlledici olan məhz məzənnə sabitliyinə təminat verən qiymətdir.
Çünki hökumət ehtiyac olanda fiskal öhdəliklərini tənzimləmək, büdcə xərclərini azaltmaqla büdcə üçün neftin əlverişli qiymət həddini aşağı sala bilir, xüsusilə də büdcədə korrupsiya payının yüksək olduğu şəraitdə bu çox da çətin olmur”.
R.Ağayevin sözlərinə görə, qısamüddətli dövrdə tədiyyə balansını, xüsusilə də cari hesablar hissəsini makroiqtisadi sabitlik üçün risk yaratmayan minimum əlverişli qiymətə uyğunlaşdırmaq tam da hökumətin əlində olan məsələ deyil:
“Məsələn, idxalı azaltmaq, xüsusilə də korrupsiya maraqlarına xidmət edən dövlət idxalını sıxmaq hesabına cari hesabın kəsrini, kənara kapital axınını administrativ yollarla boğmalqla maliyyə hesabının defisitini azaltmaq olar. Amma qiymət elə səviyyəyə düşə bilir ki, hökumət hətta bu addımlardan sonra belə tədiyyə balansını minimum əlverişli qiymətə uyğunlaşdıra bilmir və nəticədə ödəmələr balansının mənfi saldosu hökumətin ehtiyatlarını yeməyə, yaxud milli valyutanın sürətlə dəyər itirməsinə səbəb olur (yaxud hər ikisi paralel baş verir)
Tədiyyə balansının ümumi saldosunun necə olacağını kənardan heç kim proqnozlaşdıra bilməz - çünki biz kritik siyasi və iqtisadi şəratidə potensial olaraq ölkədən qaça biləcək kapitalın həcmi barədə zəruri informasiyalara malik deyilik. Məsələn, nəzəri olaraq qısa müddətdə nə qədər daşınmaz aktivin, yaxud sandıqaltı nağd manat kütləsinin valyutaya çevrilərək ölkədən çıxmaq şansı var? Bu sualın cavabını bəlkə də yalnız əlində daha çox informasiyalar olan rəsmi şəxslər bilir”.
Bütün dəyişənlərin (idxal-ixrac, büdcə, maliyyə axınları üzrə göstəricilər) sabit qaldığı, kapital qaçışı ehtimalının olmadığı hazırkı şəraitdə Azərbaycanın dövlət büdcəsi və tədiyə balansı üçün minimum əlverişli neft qiyməti hansıdır?
R.Ağayev büdcə üçün əlverişli qiymətin təxminən 50 dollar olduğunu deyib:
“Baxmayaraq ki, büdcə hesablamalarında 55 götürülüb, lakin 50 dollarlıq həddə Neft Fondu ehtiyatlara vəsait ayırmadan və büdcə xərəclərinə orta hesabla 5-6%-lik sekvestr tətbiq etməklə 50 dollarlıq hədd büdcə üçün əlverişli minimum hədd sayıla bilər.
Tədiyyə balansı üçün bu göstərici 45 dollar intervalında dəyişir. 2015-ci il istisna ildir, çünki kəskin məzənnə dəyişikliyi nəticəsində ölkədən 11.5 mlrd. dollar kapital qaçmışdır. Amma 2016-cı ildə neftin orta ilik qiymətinin 45 dollar olduğu şəraitdə həm cari hesablar balansı, həm də ümumilikdə ödəmələr balansı defisitdən yaxa qurtara bimədi”.
Gülşən RAUFQIZI 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə