GÜLƏŞ İNTİQAM KARATE İNTİQAM
-----------------------------------------------------
Elis Manolova "qızılın" bir addımlığında
İtaliyanın paytaxtı Romada qadın və kişilər arasında keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Çempionatın bu günə təsadüf edən 5-ci günü 4 qadın güləşçimiz müxtəlif əyarlı medallar uğrunda həlledici görüşlərə çıxacaq. Zəriflərimiz arasında ən yaxşı göstərici isə Elis Manolovaya (65 kq) məxsusdur. Mübarizəyə 1.4 finalda finlandiyalı Petru Ollini 8:1 hesabla udaraq, yarımfinala yüksələn Manolova bu mərhələdə də rusiyalı Mariya Kuznetsovanı 7:3 hesabla üstələyərək, finala çıxıb. İndi qızıl medalın bir addımlığında olan güləşçimiz çempionluq uğrunda Mimi Xristova (Bolqarıstan) ilə qurşaq tutacaq. Manolova qalib gələcəyi təqdirdə ikiqat Avropa çempionu adını qazanacaq. Digər zəriflərimizə gəlincə, Tatyana Omelçenko (62 kq) və Alena Kolesnikova (57 kq) bürünc medal uğrunda, Tatyana Vorontsova (53 kq) isə təsəlliverici görüşlərdə mübarizəni davam etdirəcək. Hazırda aktivində medalı olmayan qadın yığmamız 16 xalla komanda hesabında 11-cidir.
Bu gün sərbəst güləşçilər də mübarizəyə başlayıblar. İlk olaraq, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), üçqat Avropa çempionu Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) döşək üzərinə çıxıb.
Xatırladaq ki, AÇ-2020-nin ilk üç günündə "klassiklər" (yunan-Romaçılar) mübarizə aparıblar və komandamız çıxışını 2-si qızıl və 4-ü bürünc əyarlı olmaqla 6 medalla başa vurub. "Qızıllar" Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynovun (82 kq),"bürünclər"sə Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasovun (87 kq) payına düşüb. Bu göstərici ilə tarix yazan və 116 xal toplayan Azərbaycan yığması komanda hesabında yalnız Rusiyadan (128 xal) geri qalmaqla qitənin ikincisi olub. Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi üzrə Avropa çempionatında ilk dəfədir ki, 6 medal qazanıb. AÇ-2020-də üçünncü yeri isə Türkiyə (90 xal) tutub.
---------------------------------Karateçilərimiz Dubay turnirində Bu gün BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərində kişi və qadınlar arasında Karate-1 Premyer Liqanın növbəti mərhələ yarışına start verilib. Fevralın 16-lək davam edəcəb bəlli turnirə Azərbaycan komandası da qatılıb. AMKF-dən (Azərbaycan Milli Karate Federasiyası) aldığımız məlumata görə, yığmamız turnirdə 4-ü qadın olmaqla 12 karateçi ilə təmsil olunacaq ki, onlardan da 11-i kumiet, 1-i isə kata yarışında iştirak edəcək. Xatırladaq ki, baş məşqçi Bahəddin Kandaz, böyük məşçqilər Şahin Xudaverdiyev və Rəşad Hüseynovun rəhbərliyi altında kumite yarışlarına qatılan komandanın heyətində kişilərdən Firdovsi Fərzəliyevi (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadəni (hər ikisi -67 kq), beşqat dünya çempionu Rafael Ağayevi (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hamısı -84 kq), zəriflərdən isə Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) yer alıb. Kata üzrə baş məşqçi Vahid Ayvazov isə bu yarışda yalnız Roman Heydərovu yoxlamaq qərarına gəlib. Planetin 65 əşkəsini təmsil edən 571 karateçinin mübarizə apardığı turnirdə daha iki təmsilçimiz - beynəlxalq dərəcəli referilər Cahangir Babayev və Vüqar Kərimov da olacaq. Komandamız turnirə AMKF-nin prezidenti Yaşar Bəşirovun rıhbərliyi altında yollanıb.
BADMİNTON
----------------------------------
"Millimiz" uduza uduza gedirFransanın Levene şəhərində badminton üzrə komandalararası Avropa çempionatı keçirilir. Çempionatda Azərbaycan komandası da iştirak edir. Təəssüflər olsun ki, indiyədək 3 oyun keçirən yığmamız bir dəfə də olsun qələbə sevincini dadmayıb. Qrup mərhələsinin ilk turunda İslandiyaya 2:3, ardından Almaniyaya 0:5 hesabla məğlub olan yığmamız 3-cü oyunda isə çexlərlə bacarmayıb - 0:5.
İNTİQAM
Bütün hüquqlar qorunur © 2024