Təqvim
74 qəpiklik siqaret iki dəfə baha satırlar - RƏSMİ RƏQƏMLƏR
15 fevral 2020 - 14:52

Bir neçə həftə əvvəl siqaretlərin qiymətində qəfil artım baş versə də, bununla bağlı hələ ki, rəsmi izahat yoxdur.
AZpress.
AZ fed.az-a istinadən xəbər verir ki, qiymət artımı hər siqaret üçün 20-30 qəpik civarındadır. Bu cüzi deyil, xeyli dərəcədə əhəmiyyətli artımdır. Topdansatış məntəqələri qiymət artımını siqaretlər üçün nəzərdə tutulan aksizlərin bahalaşması ilə izah edirlər.
Bu günlərdə isə bəlli olub ki, Azərbaycanda satılan siqaretlət maya dəyərindən iki dəfə baha satılır.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə,2019-cu ildə paytaxtda ümumi dəyəri 20 milyon 639 min manat olan 3 milyard 348 milyon ədəd papiros və siqaret istehsl edilib. Əvvəlki illə müqayisədə Bakıda istehsal edilən siqaretlərin sayı 1,98 dəfə, dəyəri isə 2,2 dəfə artıb.
Bu rəqəmləri nəzərə aldıqda, şəhərdə istehsal olunan hər 20 ədəd və ya bir qutu siqaretin istehsal qiyməti cəmi 12,4 qəpik təşkil edib.
Bakı Statistika İdarəsinin məlumatına görə, paytaxtda 3 siqaret istehsalı müəssisəsi fəaliyyət göstərir və bu rəqəmlər 3 müəssisənin göstəricilərini əks etdirir. Amma onlardan yalnız birinin adı məlumdur – Azərbaycanın ən böyük tütün istehsalçılarından olan "European Tobacco Baku". Qalan iki müəssisənin adı və istehsal həcmi statistika sirri olaraq açıqlanmasa da, onların istehsal gücünün "European Tobacco Baku"dan qat-qat az olduğu şübhəsizdir.
Vergi Məcəlləsinin 190.3.8-ci maddəsinə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri aksiz vergisinə cəlb edilir. Aksiz vergisi üzrə ödəmə 1000 ədəd siqaret üçün 31 manat və ya 20 ədəd – 1 qutu üçün 62 qəpik təşkil edir.
Başqa sözlə, "European Tobacco Baku" da daxil olmaqla, Bakıdakı müəssisələrdə bir qutu siqaretin istehsalı və aksiz vergisi xərcləri ümumilikdə 74,4 qəpik təşkil edir.
Siqaretlərin satış qiyməti isə bundan təqribən ikiqat yüksəkdir. Digər iki müəssisənin məhsulları açıqlanmadığına görə, siqaretin açıqlanan qiymətini yalnız "European Tobacco Baku"nun məhsulları ilə müqayisə etmək olar.
"European Tobacco Baku"nun istehsal etdiyi siqaretlərdən "Astra" – 1,20 manat, "Azəri" – 1,50 manat, "Baku" – 1,50 manat, "Baku" (eksport) – 2,30 manat, "Freedom" – 1,20 manat, "Magna" – 1,50-1,70 manat, "Vegas" – 1,50-1,70 manat qiymətə satılır. 

 

 

Bu xəbəri paylaş

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə