Təqvim
Özbəkistanın İslam Sivilizasiya Mərkəzi ilə Azərbaycana dair birgə layihələr həyata keçiriləcək, Mərkəzin kitabxana və muzeylərində Azərbaycan bölməsi yaradılacaq (+FOTOLAR)
25 oktyabr 2019 - 16:39

Canveten.az xəbər verir ki, Özbəkistanın İslam Sivilizasiya Mərkəzi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərləri arasındagörüş keçirilib. Görüş zamanı birgə əməkdaşlıq əlaqələrin yaradılması, birgə tədbirlərin layihələrinin icrası, Daşkənd şəhərində tikilməkdə olan İslam Sivilizasiya Mərkəzinin muzey və kitabxanalarında Azərbaycana dair unikal eksponat və güşələrin yaradılması və başqa aktual məsələlər müzakirə olunub.

İslam Sivilizasiya Mərkəzinin Direktoru ŞoazimMinovarov ilk öncə Özbəkistan prezidenti ŞavkatMirziyoyevin Azərbaycana səfəri, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər haqqında danışmışdır. O, Özbəkistan prezidentinin təşəbbüsü ilə yaradılan İslam Sivilizasiya Mərkəzi haqqında məlumat vermiş, hazırda Daşkəndin qədim hissəsində10 hektar ərazidə inşa olunan və orta Asiyada analoqu olmayan Mərkəzin yaradılmasının əsas məqsədinin zəngin dəyərlərə və ənənələrə malik olan Özbəkistanın İslamı dünyaya gözəl ənənələrini çatdırmaq, onun sülh, humanizm, inkişaf dini olduğunu göstərmək olduğunu söyləyib. Mərkəzdə region alimlərinin yaratdığı böyük irs və onların dünya sivilizasiyası, mədəniyyəti, habelə İslam mədəniyyətinə verdiyi töhvələri araşdıran, tədqiq ediləcəyini bildirən maq, ŞoazimMinovarov  islam dəyərlərinin təbliğində böyük işlər həyata keçirən  Azərbaycanın təcrübəsinin öyrənilməsinin maraqlı olduğunu bildirib. Ş. MinovarovÖzbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə əməkdaşlıqda maraqlı olduğunu və yaradılacaqİslam Sivilizasiya Mərkəzininmuzeyində islam irsinə dair eksponatlarnan zənginləndirilməsi, kitabxanada Azərbaycan fondunu yaradılması, habelə Azərbaycanın müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrin yaradılması məsələlərində Mədəniyyət Mərkəzinin dəstəyinə ehtiyac olduğunu vurğulayıb.

Öz çıxışında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin direktoru Samir Abbasov Azərbaycanın İslam Ölkələri arasındaki əməkdaşlığa daim böyük töhfə verdiyini və bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirdiyini bildirib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə keçirilənmədəniyyətlərarası dialoq Forumu, ölkəmizin islam həmrəyliyinə verdiyi töhvələrdən danışaraq, Azərbaycanda tolerantlıq və dinlərarası xoş münasibətlərsisteminin yaradıldığını, 2017-ci ildə Azərbaycanın ev sahibliyi ilə təşkil olunan İslam Həmrəylik Oyunları haqqında məlumat verib.

Natiq Azərbaycanda əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığını və müxtəlif millətlərin birgə yaşadığı məkan olduğunu qeyd etmiş, ölkədə əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulması məqsədi ilə Azərbaycan dövləti tərəfindən uğurlu siyasət aparıldığını söyləyib.

Samir Abbasov gələcək əməkdaşlıq məsələlərinə toxunaraq İslam Sivilizasiyalar Mərkəzi və Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair memorandumun imzalanmasını təklif edib. Hər iki ölkənin İslam abidələrinə dair Daşkəndə böyük tədbirin təşkili, Azərbaycan və Özbəkistanın islam abidələrinin foto sərgisinin keçirilməsini, İslam Sivilizasiya Mərkəzinində yaradılacaq kitabxanada Azərbaycan fondunun təşkilini öz üzərlərinəgötürdüyünüqeyd edib. O, hər iki ölkədə qarşı tərəfə dair unikal əlyazmaların saxlanıldığını, xüsusilə islam irsinə dair əhəmiyyətli nəşrlərin sürətləriningələcəkdə qarşılıqlı prinsiplərlə mübadiləsi layihəsi üzərində işləməkdə maraqlı olduğunu bildirib.

O, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmaqda olan Azərbaycan-Özbəkistan Dostluq Muzeyində ayrıca olaraq hər iki ölkənin milli dəyərləri olan İslam abidələrinin maketlərinin güşəsinin təşkil edildiyini və gələcəkdə bu sahədə birgə konkret layihələrin icrasını təklif edib.

O, rəhbərlik etdiyi Mərkəz tərəfindən hər il Özbəkistanın müxtəlif şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirildiyini, xalqlarımızın tarixi dostluğunu, ortaq dəyərlərinin təbliğ edildiyini vurğulayıb.

Görüşdə İSM-nin direktoru ŞoazimMinovarov Azərbaycan tərəfinin maraqlı təkliflərləişləməyə hazır olduqlarını, bütün təşəbbüslərin əhəmiyyətini nəzərə alaraq, birgə tədbirlər planının tərtibini təklif edib.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoruna tikilməkdə olan İslam Sivilizasiya Mərkəzinin binası, onun gələcək strukturu, planları barədə məlumat verilib. Qeyd olunmuşdur ki, İslam İncəsənəti Muzeyinin fondunda 40 min eksponatın nümayiş etdirilməsi, kitabxanada isə 100 000 nadir, tarixi kitabların, əlyazmaların, habelə islam irsinə dair müasir nəşrlərin ictimayyətə təqdim edilməsi nəzərdə tutulur.

Bundan başqa, Mərkəzdə islam irsinin elmi təqdiqat bölümü, nəşriyyət, konfrans-zal, qədim kitabların və əlyazmaların bərpa bürosununyaradılması planlaşdırılır.

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə