Təqvim
“Azərsu” əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir (+FOTOLAR)
24 oktyabr 2019 - 16:59

Canveten.az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində içməli su və kanalizasiya layihələri icra olunur.

3-cü yaşayış massivində icra olunan layihə bu ərazidə baş vermiş torpaq sürüşməsinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçirilir. İndiyədək bu ərazidə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılıb. Burada yaşayan əhali fasiləli rejimdə içməli su ilə təmin edilirdi. Mövcud su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez  baş verən qəzalar su axıntısına səbəb olurdu. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib. Layihə çərçivəsində müxtəlif diametrli borularla 10,5 km uzunluğunda su xətləri inşa ediləcək. Yeni şəbəkədən hər bir evə birləşmə veriləcək.

3-cü yaşayış massivi ərazisində tullantı sularının axıdılmasında da problemlər yaranırdı. Yaşayış massivinin əksər hissəsində kanalizasiya şəbəkəsi mövcud olmayıb. Tullantı suları əsasən açıq kanallara və  şambolara axıdılıb. Bu da ərazidə torpaq sürüşmələrinin sürətlənməsinə səbəb olurdu. Buna görə də ərazidə kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb. Hazırda icrasına yeni başlanılmış layihə çərçivəsində ərazidə  ümumi uzunluğu 23 km olan kanalizasiya xətləri inşa ediləcək və hər bir ünvanın kanalizasiya sisteminə qoşulması təmin ediləcək. Bununla da həmin ərazidə tullantı sularının axıdılması mərkəzləşdirilmiş qaydada təmin ediləcək.

Ərazidə yaranan tullantı suları Salyan şossesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdan keçən Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək. Bununla da 10 mindən çox  sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

Qeyd edək ki, Badamdar qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sistemləri 2016-2018-ci illərdə Azərbaycan Höküməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində yenidən qurulub. Layihəyə uyğun olaraq qəsəbəni dayanıqlı içməli su ilə təmin etmək üçün “+ 152 Alatava” su anbarından Badamdar qəsəbəsinə 11 km magistral kəmər çəkilib. Bununla da  “+190 Badamdar” və +220 “Badamdar” anbarlarına suyun verilməsi təmin edilib. Badamdar qəsəbəsində 45 km içməli su şəbəkəsi yaradılıb,  abonentə birləşmə verilərək sayğac quraşdırılıb. Eyni zamanda layihənin əhatə etdiyi ərazidə 28 km yeni kanalizasiya şəbəkəsi inşa edilib. Bu layihədən 30 minədək sakin faydalanıb.

 Qeyd edək ki, hazırda Səbail rayonunun Bibiheybət qəsəbəsi və 20-ci sahə yaşayış massivlərində də içməli su  və kanalizasiya layihələri icra olunur.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, Aqrar
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
Masallılı voleybolçu yenidən ölkə yığmasına rəhbərlik edəcək 15:28, 28 fevral 2024
Xocalı soyqırımının 32-ci ildönümü Masallının təhsil müəssisələrində qeyd edilib 23:39, 26 fevral 2024
Xocalı soyqırımı qurbanlarının xatirəsi Masallıda böyük ehtiramla anılıb 22:00, 26 fevral 2024
...Xocalıya qayıdanacan 19:33, 25 fevral 2024
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib 12:45, 25 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə