Təqvim
“Onu tanıyana qədər evlilik barədə düşünmürdüm” – Tarix yazan Teymurun həyatı…
08 oktyabr 2019 - 15:12

Dünən çinli həmkarı Dinq Lirenə qalib gələrək şahmat üzrə Dünya Kubokunu qazanan Teymur Rəcəbovun bioqrafiyası yenidən maraq cəlb edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 1987-ci il təvəllüdlü T.Rəcəbov ən gənc beynəlxalq dərəcəli qrossmeyster adını 14 yaşında alıb. Bu nailiyyətlərindən sonra Teymur mərhum prezident Heydər Əliyevlə də görüşüb.

Atası neft mühəndisi, anası isə ingilis dili müəllimi olan Teymur müsahibələrinin birində bildirib ki, 3 yaşından şahmat öyrənib və ilk məşqçisi elə atası Boris olub:

“3-5 yaşımdan şahmat oynayıram. Şahmat karyeramda atamın rolu böyük olub. Elə ilk məşqçim də atamdır. Şahmat sakit oyundur. Məsələn, futbolda hər şey açıq-aşkardır. Emosiya insanları idarə edir. Şahmatda isə gizlilik olmalıdır. Bir şeyi açıq etmək məğlubiyyətdir”.

Bundan sonrakı uğurları sırasında dünya çemionunu məğlub etmək də var. Teymur 16 yaşında ikən dünya çempionu və dahi Kasparovu qara fiqurlarla oynayaraq udub. Bu iki dahinin oyunu həmin il “Ən yaxşı oyun” mükafatı alıb. Teymur bu oyundakı qalibiyyəti ilə dünya birincisini udan ən gənc şahmatçı titulunu özünə götürüb.


Bir il sonra isə Kasparovun tituluna bir addım da yaxınlaşan Rəcəbov şahmat üzrə dünya çempionatının yarımfinalçısı olub. 22 yaşından başlayaraq 3 dəfə Avropa çempionu olub. Həmçinin, bir il ərzində 3 FİDE dünya çempionunu məğlub edən yeganə şahmatçıdır.

T.Rəcəbov Kasparovu, Anandı, Ponomaryovu, Topalovu da dünənki oyunda olduğu kimi qara fiqurlarla oynaraq məğlub edib. Teymur dünya sıralamasında 2767 xalla 9-cu yerdədir.

İlk azərbaycanlı dünya çempionu sosial şəbəkələrdə də paylaşımları ilə diqqət çəkir. Onun beynəlxalq siyasət və texnoloji yeniliklərlə yaxından maraqlandığı bildirilir, həmçinin paylaşımlarında ABŞ prezidenti Donal Trampa simpatiyası da hiss olunur.

Rəcəbov ailə həyatı ilə də tez-tez gündəmə gəlir. O, 2011-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə ilə ailə həyatı qurub. Toyda prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. 2013-cü ildə isə cütlüyün qızı olub.

24 yaşında ailə quran Teymur Rəcəbov niyə tez evləndiyini belə açıqlayıb:

“Çoxları soruşur ki, 24 yaşında evlənmək karyerama mane olmadı ki? Karyeram mənim üçün önəmlidir. Amma sənin yarın olacaq birini tapıb, onu həyatına daxil etmək istəyəndə yaş haqqında düşünmürsən”.

Xanımı Elnarə Rəcəbova bir neçə il əvvəl müsahibəsində həyat yoldaşı ilə necə tanış olmalarından da bəhs edib:

“Teymurla bir futbol matçında tanış olduq. Mən futbol azarkeşiyəm və ona görə də atamla stadionlara getməyim elə də təsadüfi sayılmamalıdır. Həmin matçda bizi sadəcə olaraq bir-birimizlə tanış etdilər. Ondan sonra görüşmədik və mən Londona qayıtdım. Bu hadisənin üzərindən xeyli vaxt keçdi. Ancaq Teymur məni axtarıb tapdı və sosial şəbəkələrin birindən mənə yazmağa başladı. Bu da məni çox sevindirdi. Açığını deyim ki, Teymurla tanışlığa qədər mən evlilik, ailə həyatı barədə heç fikirləşmirdim də. Bütün bunlar mənə uzaq görünürdü. Onunla ilk yazışmağımız, evlənməyimiz və qızımızın dünyaya gəlməsi hamısı özlüyündən baş verdi.

O, çox təmkinli bir insandır. Heç vaxt evə neqativ enerji vermir. Əslində şahmat və ev həyatı tamam fərqlidir. İdmanda o, çox sərtdir. Ancaq evdə belə deyil. Teymur çox güclü şəxsiyyətdir və evi ilə şahmat həyatı arasındakı balansı qoruya bilir. Çox diqqətcildir, xeyirxahdır və qayğıkeş atadır. Onunla yaşamaq mənə çox rahatdır. Buna görə də biz bir yerdəyik”.

Teymur Rəcəbovun xanımı Elnarə və qızı Məryəm

 






Sosial şəbəkələrdə paylaş:
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə