Dükana gənc yaşlı xanımla balaca uşaq girdi. Xanım tələsik ev üçün lazım olan ərzaqlardan almağa başladı. Alıb qurtardıqdan sonra pulu ödəyib getmək istəyirdi ki, uşaq birdən dedi: "mamaa, bəs meyvə? meyvə yadımızdan çıxdı almağa". Qadın utancaq səslə pıçıldadı: "pulumuz qalmadı oğlum, gələn dəfə çoxlu meyvə alarıq". Bu şəxs Natiq Abdullayevdir.
Təsadüfdənmi, zərurətdənmi, mağaza sahibi bu dialoqu eşidirdi və uşağı yanına çağıraraq dedi, "hansı meyvələrdən istəyirsən seç". Anası tərəddüd etsə də, mağaza sahibi işçilərinə artıq öz tapşırığını vermişdi. Meyvələr salafanlara yığılaraq həmin ailənin evinə kimi aparıldı...
Bu bir yaxşılıq idi...
Maraqlandıq bu mağazanın sahibi ilə...
Məlum oldu ki, bu onun ilk yaxşılığı deyil. Sən demə həmin mağazada meyvələr Şəhid ailələrinə pulsuz verilir. İnformasiyaları topladıqca gözlərimiz yaşla dolurdu. Həqiqətənmi, ölkəmizdə belə xeyirxah insanlar var?
Güclə də olsa ondan bir-iki kəlmə qopara bildik.
Deyir: "Qiymətin fərqi yoxdur. Hər bir şəhid ailəsi mağazaya gələrək, istənilən qədər meyvə-tərəvəz ala bilər. Gücümüz buna çatır, bu cür kömək edə bilirik”.
Amma məlum oldu ki, bu şəxs təkcə şəhid ailələrinə deyil, kasıb ailələrə də yardımlar edir.
Bütün hüquqlar qorunur © 2025