Təqvim
Fazil Mustafa “Əkinçi”nin bağlanma səbəblərini araşdırdı...
25 iyul 2019 - 15:52

İrançı zehniyyətə, fars dini ənənəsinə qarşı çıxan böyük milli aydınımız Həsən bəy Zərdabiyə fars-səfəvi mədəniyyətinin təsiri altında olan Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti nifrət edirdi. "Əkinçi" həm də ona görə yaşaya bilmədi ki, o xalqın ənənəvi identikliyinə qarşı çıxırdı və böyük hücumlara məruz qalırdı. 22 iyul 1875-ci ildə çıxan "Əkinçi"nin öz əkdiyi məhsulu yığmadan 1877-ci ildə bağlanmasının da əsas səbəbi burada yatırdı. Hətta fars-səfəvi düşüncə mirasına bağlılığı olan böyük mütəfəkkirimiz Əhməd bəy Ağaoğlu belə Parisdə oxuduğu zaman özünün "Persiya cəmiyyəti" məqaləsində Həsən bəy Zərdabini yeni türk ədəbi dilini təşviq etməklə xalqımızı ənənəvi dəyərlərinə real təhlükə yaratmaqda ittiham edirdi. O zaman Əhməd bəy Ağaoğlu fars-səfəvi düşüncə mirasının Paris və Londonda elmi təbliğini aparırdı. Sonradan Əhməd bəy məhz bu düşüncənin Azərbaycan xalqının taleyində yaratdığı fəlakəti, qaranlığı, gerizəkalılığı anlayaraq Həsən bəylə eyni hədəfə doğru yürüdü və böyük bir milli miras buraxıb getdi.
Bu gün də kulislərdə, sosial şəbəkədə fars-səfəvi düşüncəsinin odlu müdafiəçiləri olanlar hər nə qədər uca səslə bizim Mirzə Fətəli, Seyyid Əzim, Həsən bəy Zərdabi, Əhməd Bəy Ağaoğlu, Sabir, Mirzə Cəlil, Məhəmməd Əmin bəy, Əlimərdan bəy deyibən bağırsalar da, hamısı ucdantutma onların düşüncə mirasına səmimiyyətsizlik edənlərdir. Onların varislərisinizsə, onların qanları, canları bahasına sağaltmaq istədiyi bu xəstəliyi siz necə həvəslə vücudunuzda, zehninizdə yaşada bilərsiniz? Əgər 21-ci əsrdə olan bir azərbaycanlının əqli inkişafı 18-ci əsrin böyük dühası və modern universitet təhsili olmayan Nadir şahın sağlam düşüncəsinin cüzi bir hissəsinə yetişmirsə, torpaq itkisi ilə yanaşı daha irəlidə düşüncə geriliyimzin də davamı gələcək...

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ƏDƏBİYYAT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə