Təqvim
Kütləvi informasiya vasitələri nümayəndələrinin Kür su təmizləyici qurğular kompleksinə səfəri təşkil olunub (+FOTOLAR)
11 iyul 2019 - 20:20

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 ili tamam olur. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə yeni inkişaf yoluna qədəm qoyan respublikamızın hər bir yerində iri layihələrin, yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı. Bununla da, keçmiş İttifaqın geridə qalmış aqrar respublikası kimi tanınan Azərbaycan qısa müddətdə nəhəng tikinti-quruculuq meydanına çevrildi.

Ölkəmizdə infrastruktur layihələrinin, o cümlədən istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin böyük bir hissəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin respublika rəhbərliyinə gəlişindən sonra, digər sahələr kimi, su təchizatı sektorunda da ciddi dönüş yarandı, Bakı şəhəri və Abşeronun su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına nail olundu. Ümummilli liderin Azərbaycanın su sektorunda şah əsəri sayılan Kür sutəmizləyici qurğular kompleksi bu gün də ölkə əhalisinin içməli suya olan tələbatının ödənilməsində mühüm rol oynayır.

İyulun 10-da ölkənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin Hacıqabul rayonunun Kiçik Talış kəndində yerləşən Kür su təmizləyici qurğular kompleksinə səfəri təşkil olunub. İnfotur çərçivəsində jurnalistlər kompleksin ərazisi, burada istismar olunan qurğu və avadanlıqların iş prinsipi ilə yaxından tanış olublar. “Azərsu” ASC sədrinin müşaviri, vaxtilə Kür sutəmizləyici qurğular kompleksinin və Kür-Bakı su kəmərlərinin tikintisində iştirak edən Əməkdar mühəndis Telman Ağayev bildirib ki, ötən əsrin 70-ci illərinə qədər Bakı şəhəri və Abşeron yarımadasındakı digər yaşayış məntəqələri içməli su ilə “Şollar”, İkinci  Bakı su kəmərləri və Ceyranbatan sutəmizləyici qurğuları hesabına təchiz olunurdu. Bakı və Sumqayıtın sürətli inkişafı, yeni sənaye müəssisələrinin yaradılması mövcud tələbatı ödəmədiyindən əhalinin içməli su  təminatında ciddi çətinliklər yaranırdı. “Belə bir şəraitdə Kür suyunun paytaxta gətirilməsi zərurəti yaranır. SSRİ Nazirlər Sovetinin qərarı ilə Kür su kəmərləri sistemnini birinci növbəsinin inşasına 1968-ci ildə başlanılır, lakin işlər olduqca ləng gedirdi. 1969-cu ildə respublika rəhbərliyinə gəlmiş Heydər Əliyevin Kür su kəmərinin tikintisini şəxsən nəzarətə götürməsindən sonra işlər sürətləndirilir. Ulu öndərin təşəbbüsü ilə bu layihənin qısa müddətdə başa çatdırılması üçün respublikanın əsas tikinti təşkilatları “Ümumxalq tikintisi”nə cəlb edilir. Məhz bunun nəticəsində işlər qısa müddətdə başa çatdırılır”.

Qeyd olunub ki, layihəmim birinci növbəsi çərçivəsində 1970-71-ci illərdə 2 magistral su kəməri çəkilib istifadəyə verilib. Kür su kəməri kompleksinin birinci növbəsinimn tam istifadəyə verilməsi Abşerona saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaradıb. Ötən əsrin 80-ci illərində isə Kür su kəmərləri sisteminin ikinci növbəsi çərçivəsində mərhələlərlə Bakıya daha 3 magistral su kəməri çəkilib. 

1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür sutəmizləyici qurğular kompleksində yenidənqurma işləri aparılıb. Layihəyə uyğun olaraq radial, üfüqi durulducular, süzgəclər, xlorator və reagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulub, nəticədə kompleksin emal gücü saniyədə 9,5 kubmetrə çatdırılıb, eyni zamanda, suyun keyfyiyyəti standartlara uyğunlaşdırılıb.

Daha sonra Kür sutəmizləyici qurğularının iş prinsipi ilə yaxından tanış olan KİV nümayəndələrinə burada suyun təmizlənməsi prosesi barədə ətraflı məlumat verilib. Kür Su Təchizatı idarəsinin rəisi Eldəniz Həsənov jurnalistlərin diqqətinə çatdırıb ki,  çaydan üzən nasos stansiyaları vasitəsilə götürülən su radial durulduculara ötürülür. Burada xüsusi kimyəvi reagentlərdən istifadə edilərək lil çökdürülür. Növbəti mərhələdə su horizontal durulducularda emal olunur. Nəhayət, 3-cü mərhələdə süzgəclərdən keçən su anbara ötürülür və buradan nasoslarla magistral kəmərlərə vurulur. Uzaq məsafədən suyu Bakıya çatdırmaq üçün magistral xəttin 89-cu kilometrində - Səngəçal qəsəbəsi yaxınlığında yenidən qaldırıcı nasoslardan istifadə olunur.

O da, qeyd olunub ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi, eləcə də Ceyranbatan  Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi ilə əlaqədar Abşerona  verilən içməli suyun həcmi xeyli artıb. Bu da Kür sutəmizləyici qurğular kompleksindən Bakıya verilən suyun bir hissəsinin ölkənin Muğan və Aran bölgələrinə yönəldilməsi üçün geniş imkan yaradıb. Bu məqsədlə 107 km uzunluğunda Şirvan-Muğan və 62 km uzunluğunda Sabirabad-Saatlı magistral su kəmərləri, eləcə də anbarlar tikilərək istismara verilib. Bununla da, Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Sabirabad və Saatlı şəhərlərinin, eləcə də magistral kəmərin marşrutu boyunca yerləşən kəndlərin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Gələcəkdə isə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə də suyun verilməsi nəzərdə tutulur. Bütövlükdə isə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Şirvan-Muğan və Sabirabad-Saatlı magistral su kəmərlərlərindən 7 şəhərin və 168 kəndin 630 min nəfər sakini faydalanacaqdır. 

Eyni zamanda, ölkə rəhbərliyinin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC tərəfindən Hacıqabul və Şamaxı rayonlarının ərazisində 10 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihəsi həyata keçirilib. Layihə çərçivəsində həcmi 50 min kubmetr olan anbarlar tikilib, Kür sutəmizləyici qurğularından Padarçöl adlanan əraziyə 27,5 km uzunluğunda əsas daşıyıcı kəmər çəkilib. Əkin sahələrinin suvarılması üçün Kür sutəmizləyici qurğularından həmin ərazilərə suvarma suyunun verilməsi təmin olunub.

İnfo-tur çərçivəsində, jurnalistləri maraqlandıran digər suallar da ətraflı cavablandırılıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
“Parkovşik” sürücünü təhdid etdi... - “Balnitsa”ya çolpa daşıyacaqsan” (+ViDEO)17:08, 23 iyul 2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir (+ViDEO)16:45, 23 iyul 2019
Sona Vəliyevaya “Qızıl qələm” mükafatı verildi 16:29, 23 iyul 2019
İrəvan və Moskvanın yeni məkrli Qafqaz planı 16:12, 23 iyul 2019
Mahmudov ifadə verməkdən imtina etdi - Məhkəmə başladı14:45, 23 iyul 2019
Azərbaycanda həkimin bu hərəkəti kameraya düşdü: “Bir də bura gəlmə” (+ViDEO)14:22, 23 iyul 2019
Yalçın Rzazadə...heç vaxt itirmək istəmədiyimiz dəyərlərdəndir... - Mübariz Mənsimov yazır..(+FOTOLAR)14:16, 23 iyul 2019
Gülağa Tənha "Hardasan?" (+ViDEO)13:37, 23 iyul 2019
Azərbaycanlı rejissorun 3 filmi Italiyada bir gündə 3 mükafata layiq görüldü (+FOTOLAR) 19:35, 22 iyul 2019
Baş nazirin müavini: "Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur"19:22, 22 iyul 2019
Ermənistanın müdafiə naziri “hərbi sürprizlər” vəd edir 19:09, 22 iyul 2019
Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü - SƏBƏB18:46, 22 iyul 2019
“ƏSA” Teatrı Lənkəranda anşlaqla qarşılandı (+FOTOLAR) 17:46, 22 iyul 2019
Avroliqa qarşılaşması paralelliyi dəyişməlidir... - Tahir Süleymanov yazır..16:47, 22 iyul 2019
XUDADAT BƏY MƏLİKASLANOV KÜÇƏSİNDƏ RAMİZ MƏLİKASLANOVLA... - Rafael Hüseyn yazır.. 15:40, 22 iyul 2019
Gülağa Tənha - qəzəl... (+VİDEO)14:38, 22 iyul 2019
Prezident İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak edib (+FOTOLAR)14:25, 22 iyul 2019
Moruğun faydaları (+FOTO) 01:16, 22 iyul 2019
İraq həbsxanasında qalan azərbaycanlı uşaqların acınacaqlı taleyi 19:32, 20 iyul 2019
“Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin iclası keçirilib (+FOTOLAR)16:59, 20 iyul 2019
 

Bütün hüquqlar qorunur © 2019

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə