Təqvim
İşimiz təbiətə, dənizə zərər vurmaq yox, onu qorumaq olmalıdır!
09 iyul 2019 - 15:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən çimərlik ərazilərində keçirilən  monitorinqlərin nəticələrinə uyğun olaraq Xəzər dənizinin Bakı, Abşeron və şimal  sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində reydlər keçirilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, Novxanı, Türkan və Hövsan çimərlikləri ərazisində keçirilən reydlər zamanı “Neptun”, “Balıqçı”, “Alma”, “Antalya”, “Mirvari”, “Qala”,“Riad Park” və “Caspian Beach” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdılması faktlarına görə sözügedən obyektlərə cavabdeh şəxslər Rəhim Xəlilov, Pərvanə Eyyubova, Anar Quliyev, Fərhad Əsgərov, Azər Rzaquliyev, Şahin Babayev, Anar Allahyarov və İsmayıl Hüseynov  barəsində akt, protokol tərtib olunub və hər biri vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə edilib.

“Xəzər dənizinin şimal sahil zolağında keçirilən reydlər zamanı isə  “Elay”, “Malibu”, “Jalə”, “Yalama-Xəzər Tusit Bazası” və “Lokomotiv” istirahət mərkəzlərində  formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdılması faktlarına görə  akt və protokollar tərtib olunub. Obyekt sahibləri Maya Vəliyeva, Rüfət Nəsizadə, Amil Məmmədov, Mahir Şirəliyev vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə edilib, “Lokomotiv” istirahət mərkəzinin isə hüquqi şəxs qismində cərimə olunması üçün tərtib olunmuş sənədlər rayon məhkəməsinə göndərilib.

Obyekt sahiblərinə sutəmizləyici qurğuların quraşdırılması üçün icrası məcburi  olan  “məcburi göstəriş”lər verilib”.

Nazirliyin rəsmisi onu da bildirib ki, reydlər Xəzər dənizinin cənub sahil zolağında da keçirilir və nəticələri ilə bağlı yaxın günlərdə məlumat veriləcək.

Mətbuat katibi İ.İbrahimova bir daha dəniz kənarında fəliyyət göstərən obyekt sahiblərinə, fərdi evlərindən dənizə çirkab su axıdan vətəndaşlarımıza müraciət edib. “Neçə illərdir təbiətimizə, dövlətimizin və xalqımızın sərvətinə laqeyd münasibət göstərərək çirkab suları dənizə axıdırsınız və ona böyük ziyan vurursunuz. Heç olmasa öz övladlarınızın, doğmalarınızın səhhətini, sağlamlığını düşünün və buna son qoyun.  Müasir texnologiyaların sürətlə inkişaf etdiyi zamanda yaşayırsınız, lakin yeni texnologiyalardan istifadə etmək əvəzinə, primitiv, köhnə üsullardan uzaqlaşa bilmirsiniz. Xüsusilə vurğulamaq istərdik ki, dənizimizə bu cür etinasız münasibət davam edərsə, hamımızın sağlamlığımız təhlükə altında qala bilər. Yenə də hər kəsi təbiətimiz qarşısında öz məsuliyyətini dərk etməyə çağırırıq.

İşimiz təbiətə, dənizə zərər vurmaq yox, onu qorumaq olmalıdır!”

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə