Təqvim
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatı (+FOTOLAR)
09 iyul 2019 - 15:36

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin içməli su təminatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq Bakı şəhəri və ətraf qəsəbələrdə layihələrin icrasını davam etdirir.

Bu yaxınlarda Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yeni layihənin icrasına başlanılıb. Layihə çərçivəsində yaşayış massivinin mərkəzi küçəsi boyu 1000 mm diametrli borularla uzunluğu 1 km-dən çox olan yeni magistral su xətti inşa edilir. Artıq həmin xəttin 50 faizindən çoxu çəkilib və işlər hazırda 2 nöqtədə davam etdirilir. Magistral kəmərin tikintisi başa çatdıqdan sonra şəbəkəyə birləşmə veriləcək. Bununla da, Yeni Günəşli yaşayış massivində dayanıqlı su təchizatı təmin olunacaq.

İndiyədək bu ərazilərə içməli su hər birinin diametri 600 mm olan 2 magistral xətlə verilirdi. Yeni Günəşli yaşayış massivi salınarkən inşa edilmiş həmin xətlər uzun müddətdir istismar olunurdu. Buna görə də relyef baxımından nisbətən yüksəklikdə yerləşən əraziyə suyun çatdırılmasında müəyyən problemlər yaranırdı. Mövcud xətlər qəzalı vəziyyətdə olmaqla yanaşı, əhalinin içməli suya olan artan tələbatını tam ödəməyə imkan vermirdi. Məhz bu səbəbdən yaşayış massivini içməli su ilə təmin edən kəmər yenisi ilə əvəzlənir.

Qeyd edək ki, 2019-cu ilin investisiya layihəsinə əsasən Suraxanı rayonunun 5 yaşayış məntəqəsində magistral  və paylayıcı su xətlərinin inşası həyata keçirilir. Rayonun Bülbülə, Əmircan, Zığ, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrində mərhələli şəkildə həyata keçirilən layihələr çərçivəsində ümumilikdə 33 km-dən çox magistral və paylayıcı su xətləri çəkiləcək, sayğaclar quraşdırılacaq. Layihələrin icrasına başlanandan indiyə qədər su xətlərinin  20 km-lik hissəsi tikilib. Ümumilikdə Suraxanı rayonunda icra olunan layihələrdən  30 mindən çox sakin faydalanacaq.

      

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə