Təqvim
AQİL ABBAS: AQİL MƏMMƏDOV, AT AL, AT
06 iyul 2019 - 15:15

Son günlər Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun İcra Aparatına maşın almaq məsələsi gündəmi zəbt edib. Sağdan da vururlar, soldan da. Qəzetlər, saytlar, sosial şəbəkələr...

Məsələ belədir ki, Maliyyə Nazirliyi Kəlbəcər Rayon İcra Hakimiyyətinə 50 min manat pul ayırıb ki, Aparata bir maşın alsın, müavinlərin maşını yoxdu. Başçı da bir elan verib ki, Aparata bir «Mersedes» almaq istəyir, 2010-cu ilin. Və hamı da yazır ki, «Mersedes» sənin harana yaraşır? Yetim əlində, qaçqın əlində qoğal, əcaib.

Rayon icra hakimiyyəti başçılarının xidməti maşınları adətən «Mersedes», «BMV», «Toyoto» və «Nissan» markalıdı. Bu maşınları dövlət verir. Və bu maşınların çoxu da təzə deyil. Bir müddət Prezident Aparatında, ya Nazirlər Kabinetində hansısa məmurların istifadəsində olur, sonradan da Aparat onu icra başçılarına verir. Dəqiq məlumatlarım da var, amma lazım deyil. Belə çıxır ki, rayonlar arasında fərq qoyulmalıdı. Qaçqın rayonların başçıları sınıq-salxaq maşınlarda gəzməlidir. Bu nə yanaşmadı, bu nə düşüncədi, bu nə təfəkkürdü?

Ağdam işğal olunmuşdu, Qərvənd hələ bizdəydi, icra hakimiyyəti də Qərvənddə yerləşirdi. Professor Habil Qurbanov başda olmaqla, dostlar yığışıb hər həftə imkan daxilində əsgərlərimizə, eləcə də mülki vətəndaşlara yardımlar aparırdıq, təxminən 6-7 dost. Çox qəribədir ki, həmin vaxt «İnturist» mehmanxanasının direktoru Ağarəhim Əliyev (Allah rəhmət eləsin) həmişə Ağarza adlı bir qohumunu da bizimlə Ağdama yola salırdı və çox yüksək səviyyədə də yardımlar göndərirdi.

Yenə səhər Ağdama getməyə hazırlaşırdıq. Axşam Habil Qurbanov zəng elədi ki, səni şəhərdə gözləyirəm. Görüşdük. Getdik bir bahalı geyim mağazasına. Bir bahalı kostyum, köynək, qalstuk və ayaqqabı seçib aldıq. Dedim, Habil, bunlar xeyirdimi, özünə deyəsən geyim-gecim alırsan? Dedi, özümə almıram, Səyavuş müəllimə alıram. (Səyavuş Vəliməmmədov həmin vaxt Ağdamın icra başçısı idi). Soruşdum ki, ad günü-filandı? Dedi, yox, biz ağdamlılar həmişə gözəl geyinib-gecinmişik. Qoy Səyavuş müəllim Bakıya iclaslara gələndə bu kostyumu geyinib gəlsin. Deməsinlər rayonu yoxdu deyin kasıbcasına geyinir.

Nə isə, getdik. Yardımları paylayandan sonra gəldik icra hakimiyyətinə. Səyavuş müəllim hədiyyəni qəbul eləmək istəmirdi, bir az da kövrəlmişdi. Habil müəllim dedi ki, mən ölüm, geri qaytarma, bunu geyin get iclaslara.

Bu qaçqın camaata, bu qaçqın rayonlara az axmıra vurun.

Yeri gəlmişkən, Elman Məmmədov Xocalı Rayon İcra Hakimiyyətinin başçısı işləyən vaxt rayondan gələrkən yolda onunla rastlaşdım. Maşını xarab olmuşdu. Bir köhnə «QAZ-24» idi, babat bir təpik vursan tökülərdi. Dedim, bu nə maşındı? Dedi, olanımız budu. Xocalı camaatı da əlli-əlli beş rayona dağılıb. İndi gəl bu köhnə, sınıq-salxaq maşınla bu rayonları gəz, camaatın problemləriylə məşğul ol və sair və ilaxır .

Gəldim, manşetə bir yazı çıxartdım: «Elman müəllim, at al, at!» . Və nələrsə yazdım. Sonra eşitdim ki, Elman müəllimi Prezident Aparatına çağırıblar və bu yazıya görə möhkəm danlayıblar. Amma elə həmin gün ona təzə bir xidməti «QAZ-24» veriblər.

İndi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı da başqa rayonların icra başçıları kimi rahat maşında gəzə bilməz, gərək sınıq-salxaqda gəzə. Qaçqındı, qaçqınıq, necə deyərlər, halımı sorma.

Dünən oxudum ki, başçı «Naz-Lifan»dı-nədi, ondan alıb. Neyləyək, yetim qızıq da qıvrılıb yataq. İndi buyursun digər rayonların başçıları da «Naz -Lifan»da gəzsinlər. Bilmək istərəm onların Kələbəcərin icra başçısından nələri artıqdı?

Aqil müəllim, sənə də bir məsləhətim var. Burax o «Naz-Lifan»ı, özün də dağ adamısan. At al qardaş, at!

 

adalet.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ƏDƏBİYYAT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə