Təqvim
Bərdə şəhərində maarifləndirici seminar keçirilmişdir (+FOTO)
05 iyul 2019 - 16:44

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi  Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin özünüməşğulluq proqramına cəlb olunması üçün maarifləndirilmə işlərinin aparılması” adlı layihənin icrasını davam etdirir. 

 Layihənin İcra planına uyğun olaraq növbəti maarifləndirici seminar Bərdə rayonunda yaşayan mina qurbanları və digər müharibə əlilləri üçün təşkil olunmuşdur. Seminarda açılış çıxışı edən layihə rəhbəri Hafiz Səfixanov bildirmişdir ki, bu layihədə məqsəd mina qurbanlarını və digər müharibə əlillərini özünüməşğulluq proqramına cəlb edərək onların iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir.

Bərdə rayonunda yaşayan mina qurbanları və digər müharibə əlillərinə Əfqanıstan və Qarabağ müharibələri zamanı mina qurbanı olmuş təlimçi tərəfindən kiçik biznesin praktiki əsaslarına dair, Qarabağ müharibəsində mina qurbanı olmuş hüquqşünas isə özünüməşğulluq proqramına cəlb olunmaları üçün hüquqi bilgiolərə dair maarifləndirici məlumatlar vermişdir. Bundan başqa tədbir iştirakşılarına Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın dünyadakı mina qurbanlarına tövsiyyə etdiyi “101 çox yaxşı ideya” məlumat vərəqi paylanmışdır.  

Seminarda iştirak etmiş "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Bərdə  rayon təşkilatlarının üzvləri bu tədbirin keçirilməsini yüksək qiymətləndirmiş, layihənin icrasına maliyyə yardımı ayırmış Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınına minnətdarlıq bildirdilər. Onlar kənd təsərrüfatı, arıçılıq, elektrik texniki peşələri ilə məşğul ola biləcəklərini, bu sahələrlə əlaqədar konkret  layihələrinin olduğunu  və bunun üçün ilkin maliyyə vəsaitinə ehtiyac olduğunu bildirmişlər.  

 

Hafiz Səfixanov

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ƏDƏBİYYAT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə