Canveten.az xəbər verir ki, 13 iyun 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayns” Ekspert Qrupunun növbəti görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanan “Məsul şəxsə dair tələblər” və “PY/TMM sahəsinə aid proqram təminatına dair tələblər” sənədlərinin müzakirəsi aparılmışdır. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2025