Təqvim
Azərbaycan İstiqlal Muzeyində “Narkomaniya bəşəriyyətin bəlası” adlı tədbir-sərgi keçirildi (+FOTOLAR)
16 aprel 2019 - 23:42

Canveten.az xəbər verir ki, 2019-cu il, 16-18 aprel tarixlərində, Bakı şəhərində keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransla əlaqədar 16 aprel 2019-cu ildə saat 1200-da Azərbaycan İstiqlal Muzeyində “Narkomaniya bəşəriyyətin bəlası” adlı tədbir-sərgi keçirildi.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra narkotizm probleminə münasibətdə yeni mərhələ başlanmışdı. Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsasını tarixdə ilk dəfə olaraq ümummilli lider Heydər Əliyev qoymuşdur və hal-hazırda bu iş davam etdirilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət proqramları çərçivəsində müxtəlif  tədbirlər həyata keçirilir.

Həmin dövlət proqramına əsasən Azərbaycan İstiqlal Muzeyi tərəfindən Bakı şəhərində 2016-2018-ci illərdə Hikmət Nəzərli adına 27 nömrəli, Yasamal rayonu Şəfiqə Əfəndizadə adına 13 nömrəli məktəblərdə və Fizika- Riyaziyyat və İnformatika təmayüllü liseydə şagirdlər üçün maarifləndirici tədbir-sərgilər təşkil edilmiş, mövzu ilə əlaqədar filmlər nümayiş etdirilmişdir.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Azərbaycan Rəssamlar İttifaqının katibi,  xalq rəssamı Ağaəli İbrahimov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi, Ziyadxan Əliyev, Bakı şəhər Baş Səhiyyə İdarəsi Şəhər Narkoloji Dispanserinin həkimi Məmmədova Pərvanə  çıxış etdilər.

Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Qərbi Kaspi Universitetinin tələbələri və digər gənc rəssamların narkomaniya problemini əks etdirən 30-a qədər əl işi nümayiş etdirilir.

Tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının hazırladığı “Ağ Ölüm” tamaşasından monoloq nümayiş etdirildi.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak etdilər.

Sərgi konfrans çərçivəsində 16-18 aprel tarixlərində nümayiş olunacaq.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə