Təqvim
8 yaşlı azərbaycanlı gimnast 32 medalın sahibidir (+FOTOLAR +VIDEO)
08 aprel 2019 - 23:50

Canveten.az xəbər verir ki, balaca gimnast Mina Abbasova idman karyerasına 2016-ci ildən, hələ 5 yaşında olarkən başlamış və qısa vaxt ərzində Budapeştdə keçirilən “Beynəlxalq Bahar kuboku – 2016” yarışmasında iştirak edərək 1-ci yerə layiq görülmüşdür. O, Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür. Balaca Mina müxtəlif ölkələrdə keçirilən bir sıra beynəlxalq turnirlərin iştirakçısı olmuşdur. Macarıstan, Polşa, İtaliya, Xorvatiya, Almaniya və doğma Bakıda təşkil edilən ən müxtəlif, beynəlxalq yarışlarda iştirak edərək 32 medala- 11 qızıl, 19 gümüş, 2 bürünc olmaqla yüksək mükafatlara layiq görülmüşdür.

Qeyd edək ki, Abbasova MinaVüsal qızı 2010-cu ildə Bakı şəhərində anadan olub. O, hal-hazırda Macarıstanın Budapeşt şəhərində gücləndirilmiş ingilis dili təmayüllü məktəbin 3-cü sinfində təhsil alır. 4 yaşından valideynlərinin işi ilə əlaqədar ezam olunduqları Macarıstan Respublikasında yaşasa da, iştirakçısı olduğu yarışlarda Azərbaycan bayrağı altında çıxış edir.

 Macarıstanda keçirilən “Bahar turniri” (2016), “Pecs kuboku” (2017), “Müasir rəqslər üzrə Avropa çempionatı” (2017), “Yeni il kuboku” (2017), “Victoriya kuboku” (2018), “Gracia kuboku” (2018), Xorvatiyada “Sirena kuboku” (2018),  Polşada “Qızıl bulava” (2017), “Qızıl bulava” (2018) və “Sosnoviç kuboku” (2019) kimi məsul yarışların qızıl medalçısı olan balaca gimnastımızın ən böyük arzusu isə doğma Azərbaycanı Dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır!

Hazırda M.Abbasova daha böyük məsuliyyətlə növbəti beynəlxalq səviyyəli yarışlara hazırlaşır. Ona bu yarışlarda uğurlar arzulayırıq.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə