Təqvim
Təlim iştirakçıları “Mazımçay” gömrük postuna səfər edib (+FOTOLAR)
14 mart 2019 - 02:35

Canveten.az xəbər verir ki, martın 13-də kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna səfər edib.

Tədbir Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün “Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda keçirdiyi təlim çərçivəsində baş tutub.

Məqsəd media nümayəndələrinə bu il fevralın 1-dən “Yaşıl dəhliz” buraxılış sisteminin “Mazımçay” gömrük postunda tətbiqini əyani şəkildə nümayiş etdirmək olub.

Bildirilib ki, ixrac zamanı şəxs malları yükləmədən 1 saat öncə gömrük orqanına məlumat verir. Gömrükorqanıbumüddətərzində risk analizləriəsasındatəhlilaparır. Gömrükorqanıicazəverdikdənsonragömrüktəminatvasitələritətbiqedilərək nəqliyyatvasitəsisərhədəyolasalınır.

Idxal zamanı mallar ölkə ərazisinə gətirilməzdən 1 saat öncə qısa idxal bəyannaməsi göndərilir. Həmin bəyannaməyə əsasən nəqliyyat vasitəsinin gömrük-sərhəd buraxılış məntəqəsindən sürətli keçidi təmin olunur və nəqliyyat vasitəsi birbaşa şəxsin anbarına yola salınır.

Məlumat verilib ki, Azərbaycan Prezidentinin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanına əsasən “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə ixrac və idxal zamanı gömrük nəzarəti sahəsinin bir qismi artıq xarici ticarət iştirakçılarına verilib.

Qeyd edilib ki, bu sistemin tətbiqi məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, şəffaflığın təmin olunması istiqamətində mühüm addımdır.

Bu il ümumilikdə 200-ə yaxın xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.

Xatırladaq ki, “Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda təlim martın 15-dək davam edəcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə