Təqvim
Novruz yarmarkasında AQTİ-nin mobil laboratoriyaları fəaliyyət göstərəcək (+FOTOLAR)
04 mart 2019 - 22:42

Canveten.az xəbər verir ki,  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması prosesində qarşıya qoyulan vəzifələrin icrasını uğurla davam etdirir. Fəaliyyətini müasir innovativ standartlara uyğun şəkildə quran İnstitut, müxtəlif korporativ təşəbbüslərə də yaxından dəstək verir.

Belə ki, Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə” layihəsi çərçivəsində təşkil olunacaq yarmarkada kənd təsərrüfatı məhsullarının qida təhlükəsizliyi standartlarına uyğunluğu, təhlükəsizlik və keyfiyyət göstəriciləri AQTİ-nin mobil laboratoriyalarında yoxlanılacaq. Müayinələr İnstitutun təcrübəli və peşəkar laboratoriya mütəxəssisləri tərəfindən aparılacaq.

Məqsəd vətəndaşları təhlükəsiz bayram məhsulları ilə təmin etməkdir.

Yarmarka dövrü meyvə-tərəvəzlərdə, çərəz və qurudulmuş meyvələrdə, turşularda, bal və s. qida məhsullarında təhlükəsizlik göstəriciləri tam nəzarətdə saxlanılacaq, məhsullar yalnız laboratoriya yoxlamasından keçdikdən sonra satışa buraxılacaq.

Qeyd edək ki, ötən il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində keçirilən “Kənddən Şəhərə” adlı yarmarkada da qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri AQTİ-nin səyyar laboratoriyalarında yoxlanılmışdı.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə