Təqvim
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Xocalısız 27 il” adlı anım tədbiri keçirilib (+FOTOLAR)
27 fevral 2019 - 16:37

Canveten.az xəbər verir ki,  Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirin başlanğıcında Xocalı soyqırımı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda erməni hərbçiləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş soyqırım haqqında danışaraq, bu faciənin bəşər tarixində qanlı və faciəli iz buraxmış xüsusi qəddarlıq nümunəsi olan faciələrdən biri olduğunu vurğulayıb. Tarixə ekskurs edən Qulu Novruzov regionda öz maraqlarını həyata keçirən böyük dövlətlərin dəstəyi ilə qanlı faciələrin baş verdiyini təəssüflə bildirib. Azərbaycanlıların zaman-zaman öz dədə-baba yurdlarından deportasiya olunduğunu xatırladan Akademiya rəisi Sovetlər dövründə də indiki Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazilərindən azərbaycanlıların köçürüldüyünü, ideoloji pərdə altında genosid həyata keçirildiyini qeyd edib. 1988-ci ildən azərbaycanlılara qarşı növbəti məkrli siyasətə qol qoyan ermənilərin yenidən ərazi iddiaları qaldıraraq ölkəmizi qanlı müharibəyə çəkdiyini diqqətə çatdırıb. Xocalı soyqırımını törədən ermənilərin dinc, əliyalın əhaliyə qarşı amansız terror həyata keçirdiklərini, bununla da, beynəlxalq humanitar hüququn normalarını, insan haqları haqqında konvensiyalarda hələ 100 il bundan öncə təsdiqini tapmış müddəaları tapdaladıqlarını diqqətə çatdırıb. İnsanların məhz Azərbaycan türkü olduqları üçün qətlə yetirildiklərini qeyd edən Qulu Novruzov təəssüflə deyib ki, bu cür qətliamların, soyqırımların qarşısını almaq üçün beynəlxalq hüquqda kifayət qədər hüquqi baza yaradıldığına baxmayaraq,  dünya birliyi bu faciəyə lazım olan beynəlxalq hüquqi, ictimai-siyasi qiyməti verməyib.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu sahədə ciddi addımlar atılmağa başlandığını deyən Qulu Novruzov 26 fevralın Xocalı soyqırımının ildönümü kimi qeyd olunmağa başladığını və bu həqiqətlərin bütün dünyaya çatdırılması üçün genişmiqyaslı tədbirlər keçirildiyini diqqətə çatdırıb.  Akademiya rəisi, o cümlədən Heydər Əliyev Fondu tərəfindən müxtəlif xarici dillərdə çoxsaylı nəşrlərin dünya universitetlərinin kitabxanalarına paylanıldığını deyib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının aparıldığını xatırladan Qulu Novruzov Xocalı faciəsinin həqiqətlərinin beynəlxalq miqyasda yayılması istiqamətində görülən işləri qeyd edib.

Tədbirdə kinorejissor Ziya Şıxlinskinin Xocalı soyqırımına həsr olunmuş “Dua” filmi nümayiş olunub. Xüsusi dəvət olunmuş Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) Cahangir Cahangirov adına Xorunun kiçik heyəti tədbirdə “Şəbi-hicran” ədəbi kompozisiyasını ifa edib.

Tədbirdə Akademiyanın tələbələrinin ifasında “Xocalısız  27  il” adlı bədii kompozisiya da nümayiş etdirilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                               

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə