Təqvim
Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib (+FOTO)
21 fevral 2019 - 19:33

Canveten.az xəbər verir ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıq üzrə mütəxəssisləri nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə növbəti görüşü 20 fevral 2019-cu il tarixində Sabirabad və Ağcabədi rayonlarında keçirib.

Görüşdə Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Beyləqan, Füzuli və Bərdə rayonlarının nohur balıqçılığı təsərrüfatlarının sahibləri iştirak edib.

Nazirliyin balıqçılıq üzrə mütəxəssisləri tərəfindən sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişafı, daha yüksək məhsuldarlığın əldə edilməsi və keyfiyyətli yem təchizatı ilə bağlı tövsiyələr verilib, sahibkarların problemləri dinlənilib, onların həlli yolları müzakirə edilib.

Görüşdə, həmçinin nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı sahibkarlar təlimatlandırılıb, yarana biləcək sualların cavablandırılması üçün Nazirliyin müvafiq qurumlarına müraciət etmələri bildirilib. 

Digər regionlarında da nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, Aqrar

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə