Təqvim
AMEA YT Parkda istehsal olunan məhsullar daxili bazarla müqayisədə münasib qiymətlərə satışa çıxarılır (+FOTOLAR)
21 fevral 2019 - 04:08

Canveten.az xəbər verir ki,  fevralın 20-da "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin podratçısı “Azplast 2012” MMC-nin Təchizat şöbəsinin rəhbəri Elçin Həbibov AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) olub, qurumun direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovla görüşüb.

Görüşdə əsas məqsəd böyük potensiala malik YT Parkda istehsal olunan məhsullarla tanışlıq və gələcəkdə onların satınalınması ilə bağlı müzakirələrin aparılması olub.

Qonağa müəssisənin istehsal prosesi, müasir texnologiyalar əsasında əldə olunan rəqabətədavamlı və müxtəlif çeşidli məhsullar barədə ətraflı məlumat verilib. Bildirilib ki, Parkda tətbiq olunmuş qabaqcıl texnologiya keyfiyyətli, yüksək səmərəli və ekoloji təmiz istehsal prosesini təmin edir.

YT Parkın ərazisini gəzən E.Həbibov buradakı digər müəssisələr və perspektiv layihələr barədə də məlumatlandırılıb.

Diqqətə çatdırılıb ki, 2016-cı ildə yaradılan YT Parkın ərazisində hazırda 10 rezident fəaliyyət göstərir. Parkın ərazisində Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnoloji məhsullar, respublika əhəmiyyətli cihazlar hazırlanır və burada istehsal olunan məhsullar daxili bazarla müqayisədə münasib qiymətlərə satışa çıxarılır.

İstehsal sahələrinin ekskursiyası zamanı “Azplast 2012” MMC-nin nümayəndəsini maraqlandıran çoxsaylı suallar mütəxəssislər tərəfindən cavablandırılıb. 

Azərbaycan alimlərinin müəyyən etdiyi formullar əsasında YT Parkda istehsal olunan neft-sürtkü materialları, sənaye və mühərrik yağları, həmçinin dünyəvi brendə malik “Millers oils” Azərbaycan şirkətinin məhsulları qonağın xüsusi marağına səbəb olub. O, müasir standartlara cavab verən müəssisələrdə yeni texnika, avadanlıq və texnologiyaların tətbiqindən məmnunluğunu ifadə edib.

Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə innovativ layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə