Təqvim
Müdafiə Nazirliyinin əməkdaşları YT Parkda istehsal olunan məhsullarla tanış olublar (+FOTOLAR)
21 fevral 2019 - 03:53

Canveten.az xəbər verir ki,  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Yanacaq Xidmətinin rəisi, polkovnik-leytenant Elmar Əliyev və Satınalma və Təchizat İdarəsinin zabiti, polkovnik-leytenant Oruc Yaqubov AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) olublar. Görüşün keçirilməsində əsas məqsəd YT Parkda həyata keçirilən layihələr və istehsal olunan məhsullarla yaxından tanışlıq, eləcə də əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Əvvəlcə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov qonaqlara rəhbərlik etdiyi müəssisənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi qurumun əsas məqsədlərindəndir. Alim YT Parkda müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazların istehsal edildiyini də diqqətə çatdırıb. Qeyd edib ki, qurumda müxtəlif sahələr üzrə innovativ düşüncənin biznesə çevrilməsi prosesi həyata keçirilir.

Sonra Müdafiə Nazirliyinin əməkdaşları YT Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun (TSZ) fəaliyyəti ilə tanış olublar. TSZ-nin baş mühəndisi Adil Ağayev onlara Rusiya, Polşa və Azərbaycanda istehsal edilən sürtkü yağlarının müqayisəli şəkildə sınağını nümayiş etdirib. Belə ki, Rusiya və Polşa istehsalı olan məhsullar yüksək temperatur şəraitində əriyib. Ölkəmizdə istehsal olunan yağlar isə istiyə yüksək dözümlülüyü ilə fərqlənib ki, bu da Azərbaycan alimlərinin ixtirası olan məshulların keyfiyyətinin göstəricisidir.

Görüşdə, həmçinin YT Parkın rezidentlərinin istehsal etdiyi elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların­ ­– mühərrik, sənaye və sürtkü yağlarının dövlət müəssisələrində satınalınması ilə bağlı fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.

Müdafiə Nazirliyinin əməkdaşları YT Parkda həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər, iki qurum arasında müvafiq sahədə əməkdaşlığın təşkilində maraqlı olduqlarını qeyd ediblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

               

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, Aqrar
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə