Təqvim
Hüquq və konsaltinq şirkətlərinin nümayəndələri ilə görüş keçirilib (+FOTOLAR)
15 fevral 2019 - 16:16

Canveten.az xəbər verir ki, fevralın 14-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda hüquq və konsaltinq şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Tədbir Azərbaycan Respublikası Prezidentinin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”  22 fevral 2017-ci il tarixli fərmanlarının icrasından irəli gələn məsələlərlə bağlı biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın hazırladığı “İcra və Kommunikasiya Planı”na uyğun olaraq təşkil edilib.

Görüşdə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində xarici ticarət üzrə aparılan islahatlarla bağlı  şirkət nümayəndələri məlumatlandırılıb.

Dövlət Gömrük KomitəsiGömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi rəisinin birinci müavini Rauf Məmmədov xarici ticarətin asanlaşdırılması sahəsində həyata keçirilən islahatlardan, beynəlxalq reytinq cədvəllərində Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılması məqsədilə görülən işlərdən danışıb.

DGK Gömrük Sərhəd Keçid Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisinin müavini Mübariz Mustafayev isəsərhəd-keçid məntəqələrində ticarətin və sərhəd keçmə proseslərinin sadələşdirilməsi ilə bağlı görülən işlər barədə məlumatverib.

Daha sonra DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi Ticarətin asanlaşdırılması idarəsinin rəisi Ceyhun Nəcəfli “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı təqdimatla çıxış edib. Şirkət nümayəndələrinə sistemdən istifadə hüququnun verilməsi, ləğv edilməsi və sistemdən istifadə qaydaları barədə ətraflı məlumat verilib.

Görüşdə qısa idxal bəyannaməsinin doldurulması, sistemə daxil edilməsilə bağlı video çarx da nümayiş etdirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Sonda şirkət nümayəndələri “Samur” gömrük postunda “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə əyani şəkildə tanış olublar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

Sosial şəbəkələrdə paylaş:
Gülağa Tənha Keçmişi unutmaq olmaz!12:35, 19 yanvar 2021
Gülağa Tənha "Cavab beş" müsahibəsi13:21, 18 yanvar 2021
“ASAN xidmət”dən Qələbəni bizə yaşadanlar üçün xüsusi xidmət 22:25, 17 yanvar 2021
BDU-nun jurnalistika fakültəsinin tələbəsi Əsgər İsmayılov yazır: Xatirimizdə "Yaddaş muzeyi" olaraq yaşayacaq şəkil... 22:11, 17 yanvar 2021
Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün komissiya yaradıldı 21:53, 17 yanvar 2021
Vaksinasiyadan imtina edənləri hansı cəza gözləyir? - TƏBİB-dən AÇIQLAMA 19:55, 17 yanvar 2021
Azərbaycanda xüsusi karantin rejimi BU TARİXƏDƏK uzadıldı 19:51, 17 yanvar 2021
Məktəblərlə bağlı VACİB AÇIQLAMA 19:30, 17 yanvar 2021
Karantin rejimilə bağlı NƏ DƏYİŞDİ? - İZAH 19:24, 17 yanvar 2021
Azərbaycan təsəvvür edə bilməyəcəyimiz bir mövqeyə sahib oldu - Deputat 18:31, 17 yanvar 2021
Deputat Azay Guliyev: Prezident İlham Əliyevin islam və xristian dünyasına Şuşadan verdiyi mesaj barədə yazıb 18:13, 17 yanvar 2021
Gülağa Tənha Qərar qəbul etmə prinsipi və...14:30, 17 yanvar 2021
Səhiyyə Nazirliyi: Vaksin təhlükəsizdir 20:12, 16 yanvar 2021
Gürcüstanda iki nəfəri girov götürən keçmiş polis əməkdaşı saxlanılıb 20:07, 16 yanvar 2021
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlayır - İlk olaraq ONLARA vaksin vurulacaq 19:44, 16 yanvar 2021
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur 19:37, 16 yanvar 2021
Bu sahələrin fəaliyyəti bərpa olunur - SİYAHI 19:00, 16 yanvar 2021
Yaqut Qarayeva: Hazırda bu şəxslərin vaksinasiyasına ehtiyac yoxdur - Müsahibə 18:49, 16 yanvar 2021
Hərəkətsizlik və həzm prosesinin düzgün getməməsi uşaqlarda piylənməyə səbəb olur 16:02, 16 yanvar 2021
Ölümlə mistik əlaqə: Saatlardakı ürkütücü müəmma... 13:51, 16 yanvar 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə