Təqvim
“Azərsu” əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir (+FOTOLAR)
12 fevral 2019 - 19:19

Canveten.az xəbər verir ki,  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Binəqədi rayonunda yeni layihələrin icrasına başlanılıb.

Binəqədi rayonunda icra olunan layihələr bir neçə istiqamətdə həyata keçirilir. Hazırda Binəqədi qəsəbəsi Fəxrəddin Qurbanov və Xocasən qəsəbəsi Ruslan Allahverdiyev küçələrində, həmçinin ATS yolu adlanan ərazidə yeni içməli su şəbəkələri yaradılır. Qeyd edək ki, bu ərazilərdə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış şəbəkələr hesabına aparılır. Mövcud şəbəkələr su təchizatında çətinliklər yaradır. Belə ki, bu ərazilərdə tez-tez qəzalar baş verdiyindən və suyun təzyiqini artırmaq mümkün olmur. Nəticədə bəzi abonentlər normal qaydada su ala bilmir. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib.

 F.Qurbanov küçəsində icra olunan layihə çərçivəsində küçə boyu 110 mm diametrli borularla yeni 3 km su xətti çəkilir. Layihəyə əsasən. Yeni xətdən hər bir evə birləşmə  verilərək sayğaclar quraşdırılacaq. Yeni çəkilmiş su xətti hər iki tərəfdən 450 mm və 630  mm diametrli magistral xətlərə qoşulacaq.  Bu da həmin ərazidə suyun dairəvi hərəkətini təmin edəcək. Yeni yaradılan sistem hesabına abonentlər 24 saat fasiləsiz içməli su ilə təmin olunacaq.

Xocasən qəsəbəsinin Ruslan Allahverdiyev küçəsində və ATS yolu adlanan ərazidə icra olunan layihə çərçivəsində burada 280-100 mm diametrli borularla 5 km uzunluğunda su xətləri çəkiləcək. Yeni şəbəkədən abunəçilərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Layihənin icrası sakinlərin içməli su təchizatını xeyli yaxşılaşdıracaq.

Hazırda Binəqədi rayonunda “Azərsu” ASC tərəfindən icra olunan kanalizasiya layihəsi də ekoloji baxımdan əhəmiyyət kəsb edir. layihəyə əsasən Binəqədi qəsəbəsinin I Mədən küçəsindən (DSK yolu) keçən açıq kanal örtülü kollektorla əvəzlənir. Təxminən 300 metr məsafədə 1000 mm diametrli metal borularla daşıyıcı kollektor tikilir. Layihə çərçivəsində ətraf ərazilərdəki yaşayış evləri və obyektlərin tullantı sularının axıdılması məqsədilə kanalizasiya quyularının da tikintisi nəzərdə tutulub. İşlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur. Bununla da ərazidəki yaşayış evləri və obyektlərin məişət və təsərrüfat mənşəli tullantı sularıının açıq kanallarla axıdılmasının qarşısı alınacaq.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, BANK
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə