Prezident İlham Əliyev Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşüb. Canveten.az xəbər verir ki, Mişel Van Der Bel dünyanın aparıcı texnoloji şirkəti olan “Microsoft”un Azərbaycanda həyata keçirilən layihələrə dəstəyini bundan sonra da davam etdirəcəyini vurğulayıb. Bildirib ki, dünya iqtisadiyyatının və sosial həyatın inkişafı nəticəsində müasir dövrdə süni intellekt məsələləri ön plana keçməkdədir. Yaxın onilliklərdə süni intellekt artıq bir çox peşələri əvəz edəcək. Mişel Van Der Bel hökumətlərin və dövlətlərin süni intellekt erasına hazır olmalarının vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, bu prosesdə hökumət nümayəndələri, elmi dairələr və biznes qurumları bir araya gəlməli, süni intellekt dövrünə transformasiya üçün lazım olan proqramlar və digər layihələr həyata keçirilməklə süni intellektə əsaslanan peşələr üzrə çalışacaq insanlar və müvafiq mühit hazırlanmalıdır. Bu da bütövlükdə informasiya texnologiyalarının inkişafı ilə mümkündür. Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən informasiya texnologiyalarının inkişafına və dövlət xidmətlərinin genişləndirilməsinə göstərilən dəstək haqqında məlumat verib. Bildirib ki, Azərbaycanda qəbul olunmuş dövlət proqramlarında, iqtisadi və sosial həyatın bütün sahələrində informasiya texnologiyalarının tətbiqi genişlənməkdədir. İnformasiya texnologiyalarının tətbiqi həm də yeni iş yerlərinin yaranması ilə müşayiət olunur. Bu da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Süni intellekt dövrünə hazırlıq üçün Azərbaycan hökuməti də müvafiq tədbirlər həyata keçirir. Söhbət zamanı bildirilib ki, “Microsoft”un Azərbaycandakı təmsilçiləri ilə aidiyyəti hökumət və biznes dairələri birlikdə bu məsələləri müzakirə etməli, layihələr hazırlamalıdır. Hər iki tərəfdən belə layihələrin inkişafı üçün müvafiq dəstəyin göstəriləcəyi qeyd olunub. *** Prezident İlham Əliyev Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşüb. Canveten.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024