Təqvim
British Council Azerbaijan "Selector PRO" incəsənət proqramı çərçivəsində "Lisenziyalaşdırma və müəlliflik hüququ" mövzusunda seminar təşkil edəcək (+FOTO)
21 yanvar 2019 - 22:56

canveten.az xəbər verir ki,  Britaniya Şurası və "Park Cinema" kinoteatrlar şəbəkəsinin birgə əməkdaşlığı ilə "Lisenziyalaşdırma və müəlliflik hüququ" mövzusunda təşkil olunacaq bir günlük "Selector PRO" seminarı Azərbaycanın musiqi sahəsi üzrə aparıcı mütəxəssislərini 29 yanvar tarixində Alov Qüllələrində yerləşən Park Cinema kinoteatrında bir araya gətirəcək.

Təlim Birləşmiş Krallıqda redaktor, jurnalist və KİV sahəsi üzrə sahibkar kimi fəaliyyət göstərən Kris Kuk tərəfindən 29 yanvar tarixində, saat 12:00-dan- 14:00-a qədər keçiriləcək.  O, musiqi biznesini anlamaqda və dərk etməkdə insanlara yardımçı olan CMU şirkətinin həmtəsisçisi və idarəedici direktorudur.  Sözügedən şirkət aşağıdakı təsirli vasitələrdən istifadə etməklə insanlara köməklik göstərir: CMU Daily bulletin (CMU gündəlik bülleteni)Setlist podcast (Setlist podkastı) və CMU Trends library (CMU tendensiyalar kitabxanası) kimi kütləvi informasiya vasitələri; CMU Insights konsultasiya bölməsi və onun təlim kursları, konfrans sessiyaları, tədqiqat hesabatları; karyerasına yenicə başlayan musiqiçilərə və gələcək istedadlara dəstək verən CMU:DIY maarifləndirici proqramı. İngilis dili və hüquq kimi iki ayrı ixtisas üzrə diploma sahib olan Kris musiqi biznesi, əqli mülkiyyət məsələləri, KİV və kommunikasiya sahəsi haqqında müntəzəm olaraq yazılar yazır, müzakirələr aparır və iradlarını bildirir.

Selector PRO həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır.  Tədbir "British Council"ın təşəbbüsü ilə hazırlanmış, Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini Azərbaycan auditoriyasına təqdim etmək məqsədi daşıyan radio-şounu və silsilə "Selector Live" əyləncə gecələrini özündə ehtiva edən "Selector" musiqi proqramının nəticəsi hesab edilir.

Bütün KİV nümayəndələri 29 yanvar tarixi səhər saat 1130 Alov Qüllələrin 4-cü mərtəbəsində yerləşən Park Cinema kinoteatrında keçirilən mətbuat konfransına dəvət olunur.

Bu təlim hər kəs üçün açıq olacaq. Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını https://www.britishcouncil.az/programmes/arts/selector-pro doldurun və 25 yanvar 2019-cu il tarixindən gec olmayaraq dilara.ibrahimova@britishcouncil.az  elektron poçt ünvanına göndərin.

Tədbirlə bağlı hər hansı sualınız olarsa və ya daha ətraflı məlumata ehtiyac olarsa, mənim ilə əlaqə saxlamağınızı xahiş edirəm

Dilara Ibrahimova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

          

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, RƏSSAMLIQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə