Təqvim
Tops layihəsi çərşivəsində fiziki tərbiyə müəllimləri üçün keçirilən TOPs təlimləri başa çatıb (+FOTOLAR)
21 yanvar 2019 - 18:02

canveten.az xəbər verir ki,  “TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin beşinci mövsümündə fiziki tərbiyə müəllimləri üçün keçirilən təlimlər başa çatıb.

TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgəəməkdaşlığı ilə həyata keçirilir.

Proqram çərçivəsində ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn üzrə müasir təhsil texnologiyaları ilə təmin etmək məqsədilə təlimlər keçirilib. Proqramda nəzərdə tutulmuş 100 ümumtəhsil məktəbindən  ümumilikdə, 355 fiziki tərbiyə müəllimi təlimlərdə iştirak edib. Layihədən yararlanan şagirdlərin sayı isə 57468 nəfərdir  ki, onlardan 28046 –sını qızlar təşkil edir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Layihənin rəhbəri Vəli Musayev bildirib ki, bu təlimlərdən sonra Bakı şəhərinin bütün ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri 3 günlük TOPs təlimlərində iştirak etdilər və növbəti təlimlərə isə həmin məktəblərin ibtidai siniflərində fiziki tərbiyə fənnini tədris edən ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur. Təlimləri müvəffəqiyyətlə başa vuran müəllimlərə Sertifikatlar təqdim olunacaqdır:

“TOPs təlimlərini  keçməkdə əsas məqsəd müasir təlim texnologiyası vasitəsi ilə müəllimlərin praktiki bacarıqlarının artırılmasına və daha keyfiyyətli dərslərin tədrisinə nail olmaqdır. Təlimlər zamanı  fiziki tərbiyə Proqramı, onun müasir üsullarla tədrisi metodları araşdırılaraq praktiki fəaliyyətlər vasitəsi ilə müəllimlərin diqqətinə çatdırılmışdı.

 TOPs layihəsi çərçivəsində innovativ tədris materialları olan Metodiki  tədris kartları hazırlanmış və təlimidə iştirak edən məktəb müəllimlərinə təqdim edilmişdir. Metodiki tədris kartları ümumtəhsil məktəblərinin Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanmışdır. Mövzular üzrə gündəlik planlaşdırmanı əvəz edir və müəllim fəaliyyətinin stimullaşdırılması üçün nəzərdə tutulmuşdur. Belə Tədris Kartları müəllim fəaliyyətinin gündəlik planlaşdırılması üçün hesablanıb “.

Təlim iştirakçısı, 90 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Mətanət Quliyeva bildirib ki, təşkil edilən təlimdən çox məmnun qalıb:

"Təlimlərdə tədrisə dair yenilikləri təlimçilər tərəfindən öyrənirik və onların təcrübəsindən yararlanırıq. Artıq altı tədris vahidinin açıqlamasını tamlığı ilə öyrənmişəm. Burada mənimsədiyimiz texnikaya uyğun oyunlar təşkil edildi. Biz də tədris etdiyimiz siniflərdə eyni metodologiyanın tətbiqinə başlayırıq".

Təlimlərdə iştirak edən müəllimlər mənimsədikləri müasir təlim üsulları ilə  açıq dərslər keçəcək və idman festivalları təşkil edəcəklər.

Qeyd edək ki, Azərbaycanda TOPs proqramının tətbiqinə 2014-cü ildə pilot layihə kimi start verilib. 2014-2017-ci illəri əhatə edən dövr ərzində 300 nəfər ibtidai sinif və 700-ə yaxın fiziki tərbiyə müəllimi yerli və xarici mütəxəssislər tərəfindən təlimlərə cəlb olunaraq sertifikatlandırılıblar.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

          

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə