Xəbər verdiyimiz kimi dünən Avropa Liqasının qrup mərhələsinin son oyununda “Qarabağ” Londonda “Arsenal”ın qonağı olub. Offsideplus.az-ın verdiyi məlumata görə, görüş zamanı erməni azarkeşlərdən biri meydançaya qondarma Dağlıq Qarabağ rejiminin bayrağı ilə daxil olub. Bu zaman təmsilçimizin kapitanı Rəşad Sadıqov həmin azarkeşə yaxınlaşaraq onu vurub.
Bütün hüquqlar qorunur © 2024