Təqvim
Beynəlxalq Olimpiya Komitəsi rusiyalı idmançılardan qızıl medalları geri istəyib
15 dekabr 2018 - 17:58

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Aleksey Voyevoda, Aleksey Neqodaylo və Dmitri Trunenkovun Soçi Olimpiadasında bobsley yarışlarında qazandıqları qızıl medalları geri qaytarmağı onlardan tələb edib. Bu barədə TASS agentliyinə BOK-un mətbuat xidmətindən məlumat veriblər.

İdman Arbitraj Məhkəməsi (İAM) antidopinq qaydalarının pozulması ilə əlaqədar Soçi Olimpiya Oyunlarında A.Voyevodanın nəticələrinin ləğv edilməsi barədə BOK-un intizam komissiyasının qərarını fevral ayında dəstəkləyəndən sonra o, Olimpiadanın iki qızıl medalını geri qaytarmalıdır. Neqodaylo və Trunenkov da əvvəlcə BOK tərəfindən cəzalandırılıb, lakin məhkəmə onlara tam bəraət qazandırıb.

Təşkilatın məlumatında deyilir: “BOK Soçidə Qış Olimpiya Oyunlarının antidopinq qaydalarını pozmaları İdman Arbitraj Məhkəməsi (İAM) tərəfindən təsdiq edilmiş Rusiyanın 11 idmançısına və onlarla birlikdə qrup yarışlarında iştirak etmiş komanda yoldaşlarına medalları geri qaytarmaları xahişi ilə artıq müraciət edib”.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, daha əvvəl BOK Aleksandr Zubkovdan Soçi Olimpiadasının iki qızıl medalını qaytarmağı tələb edib. Belə ki, o, antidopinq qaydalarının pozulmasında təqsirli bilinib. A.Zubkov A.Voyevoda ilə birlikdə ikinəfərlik, Neqodaylo və Trunenkov ilə birlikdə dörd nəfərlik bobsley kirşələrində qızıl medal qazanıb.

İAM Soçi Oyunlarında qaydaları pozduqlarına görə BOK tərəfindən cəzalandırılmış 28 rusiyalı idmançıya tam bəraət qazandırıb. Bobsleyçilər Aleksandr Kasyanov, Aleksey Puşkaryov, İlvir Xuzin, xizəkçilər Yuliya İvanova, Yuliya Çekalyova, Anastasiya Dotsenko, xokkeyçilər Qalina Skiba, Anna Şibanova və İnna Dyubanok apellyasiya şikayətləri qismən təmin olunmuş (yalnız olimpiadalardan ömürlük kənarlaşdırma ləğv edilib) 11 idmançı sırasında olublar. Qeyd edək ki, bu idmançılar Soçidə medal qazanmayıblar.

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə