Təqvim
Kriştianu Ronaldu İspaniyada vergidən yayındığını etiraf edib
15 dekabr 2018 - 18:02

İspaniyada vergidən yayınmaqla bağlı dörd bənd üzrə dələduzluqda ittiham olunan İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldu günahını etiraf edib. Bu barədə “Football Italia” portalı xəbər yayıb.

33 yaşlı futbolçu məhkəmə zalında öz günahını etiraf edib və ikiillik şərti cəza ilə razılaşıb. İspaniya qanunvericiliyinə müvafiq olaraq, o, istintaqla əməkdaşlığını rəsmi şəkildə təsdiq etməkdən ötrü yenidən məhkəmə qarşısına çıxmalıdır.

Bildirilir ki, İspaniyada olarkən və Madridin “Real” klubunu təmsil edərkən, futbolçu 2011-ci ildən 2014-cü ilədək olan dövrlərdə dörd ayrı-ayrı vergi cinayətləri törədib. Ronaldu 14,7 milyon avro məbləğində dələduzluqda ittiham edilib. Futbolçu artıq İspaniya xəzinəsinə 13,4 milyon avro ödəyib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, məhkəmə futbolçunun iki il müddətinə həbsi barədə qərar çıxarıb. Lakin bu, futbolçunun ilk qanun pozuntusu olduğundan və müddət iki il və bir gündən az olduğundan, İspaniya qanunvericiliyinə uyğun olaraq, real həbs müddətinin şərti cəza ilə əvəz edilməsi mümkündür. Əgər Ronaldu İspaniyanın vergi qanunvericiliyini yenidən pozarsa, yenidən həbs olunacaq.

Ronaldu 2003-cü ildən çıxış etdiyi İngiltərənin “Mançester Yunayted” komandasından 2009-cu ildə Madridin “Real” klubuna keçib. Portuqaliyalı Çempionlar Liqasının beşqat qalibi, “Qızıl top”un beşqat sahibidir. O, həmçinin İspaniya və İngiltərə çempionu, bu ölkələrin kubok və superkuboklarının, klublararası dünya çempionatının qalibi və UEFA Superkubokunun sahibidir. Ötən mövsümdə Ronaldu müxtəlif turnirlərdə Madrid klubu uğrunda 44 oyun keçirib. Bu oyunlarda 44 qol vurub və qolla nəticələnən 8 ötürmə edib. O, Portuqaliya yığmasının tərkibində 2016-cı ilin Avropa çempionu olub. Yığmada keçirdiyi 154 oyunda 85 qola imza atıb.

2018-ci il iyulun 10-da Ronaldunun İtaliyanın “Yuventus”a keçməsi elan edilib və transferin məbləği 100 milyon avro olub. Portuqaliyalı bu mövsümdə Turin klubunun tərkibində 20 oyun keçirib, 11 qolun və qolla nəticələnən 8 ötürmənin müəllifidir.

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə