Təqvim
Zamirə Hacıyevanın Londonda daş-qaşı müsadirə olundu - FOTO
04 noyabr 2018 - 15:07

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın 400 min funt-sterlinq (təxminən 519278 dollar) məbləğində zinyət əşyaları və daş-qaşı müsadirə olunub.

"BImilli.az-a istinadən xəbər verir ki, Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyinin (National Crime Agency, NCA) qərarı ilə atılmış addım ölkədə qanunsuz gəlirlərin leqallaşdırılması və çirkli pulların yuyulması cəhdlərinə qarşı mübarizə proqramı çərçivəsində aparılır.

 

 

Zamirə Hacıyevanın müsadirə olunmuş daş-qaşı və zinyət əşyalarının bir müddət sonra satışa çıxarılacağı barədə operativ məlumat alan polis müsadirə barədə qərar qəbul edib.

Həmin zinyət əşyaları artıq Londondakı "Christie's" hərrac evində satışların keçirilməsi üçün verilmişdi.

Bu gün NSA-nın yaydığı məlumata görə, müsadirə olunmuş 49 zinyət əşyasının ümumi dəyəri 400 min funt-sterlinqdir.

Z.Hacıyevanın müsadirə olunmuş əşyaları arasında 20 min funt-sterlinq dəyərində mirvari və 100 min funtluq "Boucheron" sapfir boyunbağılar, 20 min funtluq "Magic Alhambra" bilərziyi var.

 

 

NSA-nın yaydığı məlumata görə, Zamirə Hacıyevanın qızı Leyla Mahmudova bu əşyaları satmaq üçün "Christie's"ə veribmiş. "Christie's" əməliyyat haqqında NSA-ya informasiya verən kimi müsadirə barədə qərar qəbul olunub.

Zamirə Hacıyevanın bu zinyət əşyalarını 2008-ci ildə İsveçrənin San-Morits kurortundakı butiklərdə 320 min avroya aldığı müəyyənləşib.

 

Yeddi il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində Harrods alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib.

Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb.

2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - Mill Ride Golf Club-u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.

O, son 10 il ərzində Harrods-da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir.

Rəsmi məlumatlar cütlüyün Harrods-ın bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb.

Zamirə Hacıyeva Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib.

Zamirə Hacıyeva isə üç ildən çoxdur ki, Böyük Britaniyada yaşayır. Bu ölkənin Daxili İşlər Nazirliyi ona Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib.

Zamirə Hacıyevanın mülk almaq üçün saxtakarlıqla mənimsənilən pullardan istifadə etdiyi barədə Britaniyanın Ali Məhkəməsi təsdiq qərarı çıxararsa, o zaman ondan alınacaq pul və mülklər Azərbaycana qaytarıla bilər.


Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə