Bakıdakı “Gənclik Mall” ticarət mərkəzində yerləşən geyim dükanından oğurluq olub. “Bİ” xəbər verir ki, ticarət mərkəzindəki “United Color of Benetton” geyim dükanının kassasından 40 min manat pul oğurlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır. Qeyd edək ki, “Gənclik Mall” Bakının ən böyük ticarət mərkəzidir.
Bütün hüquqlar qorunur © 2025