ABŞ prezidenti Donald Tramp çərşənbə günü bundan əvvəl İrandan neft və neft məhsullarının tədarükünə qoyulmuş embarqonun qüvvədə olma müddətini uzadıb. “Bİ” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. Dövlət başçısı fərmanda dünyada bu sahədə İranla əməkdaşlığın təhlükəsiz şəkildə dayandırıla bilməsi üçün kifayət qədər neftin olduğuna əminliyini ifadə edib: "Energetika Nazirliyinin İnformasiya İdarəsinin ABŞ Konqresinə göndərdiyi hesabat və digər müvafiq amilləri, o cümlədən dünyadakı iqtisadi şərait və bəzi ölkələrin yanacaq istehsalını artırması, eləcə də dünyada istifadə olunmamış neft emalı gücünün səviyyəsi və strateji ehtiyatların mövcudluğunu diqqətlə qiymətləndirdikdən sonra belə qərara gəldim ki, dünyada İrandan başqa digər ölkələr tərəfindən kifayət qədər neft və neft məhsulları istehsal olunur ki, bu da xarici maliyyə təşkilatlarının Tehrandan neft və neft məhsulları almasının əhəmiyyətli dərəcədə azaldılmasına imkan verər". Amerika lideri vəziyyəti diqqətlə izləyəcəyinə söz verib.
Bütün hüquqlar qorunur © 2024