Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, “Access Bank” QSC-nin idarə heyətinin məhkəmə aktlarından verdikləri şikayətə baxılıb. Şikayətin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb. Şikayətə Plenumun noyabrın 30-na təyin edilən iclasında baxılacaq.
Bütün hüquqlar qorunur © 2025