Təqvim
Yeni nazir müavini məşhur generalın oğludur?..
31 oktyabr 2018 - 09:32

Prezident İlham Əliyev dünən əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyinatı barədə müvafiq sərəncamlar imzalayıb.

"" xəbər verir ki, dövlət başçısının sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, hər iki müavin bu sərəncamadək elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışırdı, onlar nazirin müşavirləri idilər.

 

Bu təyinatlardan sonra sosial şəbəkələrdə Vüsal Zakir oğlu Nəsirlinin Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun oğlu olduğu haqda xeyli məlumat yayılıb.

Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a həmin məlumatları təkzib edərək bildiriblər ki, Vüsal Nəsirlinin Zakir Nəsirovla heç bir bağlılığı yoxdur.

Xatırladaq ki, prezidentin əfv sərəncamına müvafiq olaraq, Zakir Nəsirovun ömürlük həbs müddəti 15 illik həbslə əvəz olunmuş və general ötən il aprelin 6-da azadlığa buraxılmışdı.  

 

Zakir Nəsirov Qobustan həbsxanasından həbs meddətinin 2/3 hissəsini çəkdikdən sonra onun barəsində məhkəmə belə qərar vermişdi.
 

General-mayor Zakir Nəsirov 2005-ci ilin martında keçmiş MTN-in həyata keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində tutulmuşdu.  Həmin əməliyyat çərçivəsində insan oğurluğu və qətllərdə ittiham edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərdən ibarət cinayətkar dəstə zərərsizləşdirilmişdi. 

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© modern
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə