ABŞ Prezidenti Donald Tramp, ABŞ vətəndaşı olmayan ailələrin uşaqlarının ölkədə dünyaya gəlməsi halında vətəndaşlıq əldə etmələrini məhdudlaşdırmağı planlaşdırır. "Bİ" xəbər veri ki, Tramp, "Axios on HBO" proqramında verdiyi açıqlamada, ABŞ vətəndaşı olmayanların və ya qanunsuz miqrantların ölkə ərazisində doğulan uşaqlarına ABŞ vətəndaşlığı verilməsi təcrübəsinə son qoymaq istədiyini söyləyib. ABŞ Prezidenti "Bunu bir prezident sərəncamı ilə edə bilərəm", - deyib. Tramp, Ağ Evdəki hüquqşünasların təklifini təhlil etdiklərini qeyd edib. ABŞ konstitusiyasının müəyyənləşdirdiyi bir hüquq olan anadangəlmə ABŞ vətəndaşlığının ləğv edilməsi, Prezidentin konstitusiyaya təkbaşına dəyişiklik etmək mandatı ilə bağlı hüquqi bir mübahisəyə səbəb ola biləcəyi ifadə edilir.
Bütün hüquqlar qorunur © 2024