Təqvim
İpoteka kreditləri verən banklar - SİYAHI
30 oktyabr 2018 - 15:28

İpoteka kreditləri istehlak məqsədi ilə verilən kreditlər qrupuna aiddir. Kreditin təyinatı mənzilin və ya digər fərdi yaşayış evinin alınmasıdır. Bu kredit növü uzunmüddətli olmaqla yanaşı illik faiz dərəcəsinin aşağı olması ilə seçilir. Belə ki, əksər istehlak kreditlərində illik faiz dərəcəsi 20 – 29% arası dəyişsə də İpoteka kreditlərində bu göstərici kredit götürən şəxsin social statusundan asılı olaraq 4% – 8% arasında dəyişir.Kreditin müddəti isə 30 ilədək ola bilir.

Dövlət İpoteka və Zəmanət fondunun banklara ayırdığı vəsaitlər hesabına rəsmiləşdirən İpoteka kreditləri “güzəştli” və “adi” ipoteka olmaqla 2 yerə ayrılır. “Güzəştli” ipoteka – şəhid ailələri və milli qəhrəman ailələrinin üzvlərinə, elmi dərəcəsi olanlara, dövlət qulluqçularına və ya dövlət hökümət qarşısında xüsusi xidmətlərinə görə fərqlənən gənc ailələrə verilir. “Güzəştli” ipotekanın “adi” ipotekadan fərqi kredit müddətinin 5 ilədək çox olması (30 il) və illik faiz dərəcəsinin 4% olmasıdır. Çox az qrup bir müştəriyə təklif edilə bildiyi üçün biz bugünkü araşdırmamızda bu mövzuya toxunmayacağıq. Təxminən 1 – 2 il öncə İpoteka kreditlərinin ən geniş yayılan növü olan standart və ya adi ipoteka şərtləri üzrə standart şərtlər mövcud idi. Belə ki, kreditin maksimal müddəti 25 il, illik faiz dərəcəsi isə 8% müəyyən edilirdi. Digər şərtlərdə (ilkin ödəniş və bank xərci) cüzi fərqlər olsa da  bu çox da nəzərə çarpmırdı.

Lakin son dövrlərdə bank sistemində baş vermiş canlanma və rəqabətin kəskinləşməsi bu kredit məhsulu üzrə də şərtlərdə fərqliliyə gətirib çıxardı. Banklar illik faiz dərəcəsində, ilkin ödəniş məbləğində və digər şərtlərdə loyallıq nümayiş etdirməyə başladılar. Monitorinq qrupumuz bu məhsul üzrə cari şərtlərin oxucular üçün maraqlı olduğunu düşünərək ipoteka krediti verən Banklar və onların şərtlərini təhlil edib. Aşağıdakı cədvəldə müvafiq şərtlərlə tanış ola bilərsiniz.

Bank İlkin ödəniş məbləği, %-lə İllik faiz dərəcəsi Bank xərcləri
Azər – Türk Bank 30% 7% 0.1%
Bank Avrasiya 15% 7.5% 0.1%
Bank BTB 20% 7% 0.1% + 5 AZN
Bank Respublika 25% 8% 0.1%
Bank VTB 20% 7% 0.1%
ExpressBank Evin dəyəri :

70 000 AZN-dək – 20% 70 000 AZN-dən çox – 25%

7% 0.1%
Günaybank 20% 7% 0.1%
Kapitalbank 30% 8% Nəzərdə tutulmayıb
NBC Bank 15% 7% 0.1%
Nikoil Bank Seçim 1 15% 8% 0.1%
Seçim 2 20% 7% 0.1%
Rabitə Maaş 1000 AZN-dən çox olduqda – 15%

Maaş 1000 AZN-dən az olduqda – 20%

7% 0.1%
TuranBank 30% 7% 0.1%
Unibank 20% 8% 0.1%
Xalqbank 30% 7% 0.1%
Yapikredibank 20% 8% 0.1%

 

Qeydlər:

  • Kreditin maksimal müddəti 25 il (300 ay), maksimal məbləği isə 150 000 AZN təşkil edir.
  • Bank xərcləri sütununda qeyd olunan komissiyadan əlavə kredit əldə edən hər bir müştəri tərəfindən, notarius və əmlakın qiymətləndirməsi xərcləri, həmçinin əmlak sığortası və həyat sığortası komissiyaları ödənilməlidir. Müvafiq komissiyalar bankların əməkdaşlıq etdiyi şirkətlər tərəfindən tətbiq edildiyi üçün yalnız banka rəsmi müraciət etdikdə məlumat verilir.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© banker
Kateqoriya:
ƏDƏBİYYAT
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə