Təqvim
Şərtlər banklar üçün daha sərfəsiz oldu
30 oktyabr 2018 - 15:07

Faiz dəhlizinin parametrlərinin aşağı düşməsi notların və depozit hərraclarında faizin aşağı düşməsilə nəticələnəcəkdir.

BI xəbər verir ki, qaydalara görə, depozit hərracının və notların faizi dərəcəsi - faiz dəhlizinin aşağı həddi ilə uçot faiz dərəcəsi arasında müəyyən edilir. Bu gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə, uçot dərəcəsi 10%-dən 9,75%-ə, faiz dəhlizinin aşağı həddi isə 8%-dən 7,75%-ə endirildiyindən depozit və not hərraclarında faiz  8,01% – 9,99% aralığından 7,76% – 9,74% aralığına düşəcəyi gözlənilir. Bu isə depozit və not hərraclarının banklar üçün əvvəlki şərtlərlə müqayisədə sərfəsiz olacağı deməkdir.

Əlavə edək ki, son depozit not hərraclarında tələb təklifi üstələyir. Mərkəzi Bank depozit hərracları vasitəsilə 350 milyon manat cəlb edəcəyini açıqlasa da banklar 1 milyard manatdan yüksək tələblər ilə hərraclara qatılırlar. Məsələn, sonuncu dəfə, 29.10.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 247 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi. Qısası, hərraclarda 350 milyon manat alınacağı elan edilsə də banklar 1 milyard manatdan artıq vəsaiti satmağa hazır olduqlarını bildirirlər. Mərkəzi Bankın, tələbin yüksək olduğunu nəzərə alaraq daha aşağı faizlər müəyyən edə bilməsi üçün faiz dəhlizinin aşağı həddi aşağı salınmalıdır. 

Banklar izafi vəsaitlərini depozit hərraclarında və notlarda yerləşdirərək asan yolla gəlir götürürlər. Əgər faizlər daha da aşağı düşərsə banklar izafi vəsaitləri kreditləşdirməyə yönəltməyə məcbur olacaqlar.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Mənbə:
© marja
Kateqoriya:
ƏDƏBİYYAT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə