“Azərbaycanda bank siyasətinin kredit fazilərinə təsir imkanlarını artırmağa çalışırıq. Bununla bağlı islahat gündəliyi var. Başlıca diqqət bu sahədə islahatlara yönəlib”. "Bİ" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib. “İnflasiyanın hədəflənməsi rejiminə keçməyə hazırlaşırıq. Hələ ki, depozit və kredit faizlərinə təsir imkanları zəifdir. Bu rejimə keçəndən sonra təsir imkanlarımız arta bilər”, - deyə o əlavə edib. Baş bankir həmçinin deyib ki, hazırda neftin bahalaşmasının Azərbaycan manatının məzənnəsinin möhkəmlənməsinə təsiri cüzidir.
Bütün hüquqlar qorunur © 2025