Təqvim
"Xaricdə təhsil" adı altında dələduzluq - VİDEO
30 oktyabr 2018 - 10:58

"Xaricdə təhsil" adı altında dələduzluq - "Elite Academy"nin 60-a yaxın abituriyentin pulunu mənimsədiyi bildirilir.

"" xəbər verir ki, Türkiyədə təhsil almaq istəyən bir qrup tələbə dələduzluğun qurbanı olub.  Bakıda fəaliyyət göstərən "Elite Academy" təhsil şirkəti 60-a yaxın abituriyentə Türkiyə universitetlərində təhsil almaq vəd edib.

İlkin olaraq hər bir tələbə üçün 500 manatdan başlayaraq fərqli məbləğlərdə pul alan şirkət sonradan bura nəqliyyat və qarşılama xərclərini də əlavə edib. Tələbə adını qazanmaq üçün Türkiyəyə gedənlər isə orda xoşagəlməz sürprizlə qarşılaşıblar. Türkiyə universitetləri "Elite Academy"ni tanımadıqlarını bildiriblər.

Zərəçəkənlərin arasında Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda 600-ə yaxın bal toplayanlar da var. İndi onlar da digər abituriyentlər kimi tələbə adını qazana bilməyiblər.

Özünü "Elit Academy" şirkətinin 5 ölkədəki direktoru kimi təqdim edən Rüstəm adlı şəxs isə bildirdi ki, həmin şikayətçilərin çox az hissəsinin şirkətlə müqaviləsi var.

Zərərçəkənlər isə bildirirlər ki, şirkət sonradan valideynləri çağıraraq aralarında olan müqavilələri qəbul sənədi almaq adı ilə geri istəyib. Buna inanan bəzi vətəndaşlar müqavilələrini şirkətə geri veriblər. Hazırda isə çox az sayda vətəndaşda müqavilə sənədi qalıb.

Zərəçəkənlər onlara dəyən maddi və mənəvi ziyanı tələb edirlər. Yarımçıq qalan suallara cavab almaq üçün şirkət rəhbəri ilə yenidən əlaqə saxlamaq istəsək də, bu, nəticəsiz qaldı.

Şirkət isə hazırda fəaliyyətini davam etdirir. Hər gün insanlar xaricdə təhsil üçün bura müraciət edirlər.

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə